YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın qanuni haqqıdır

   Milli Məclisin deputatı Rauf Əliyev

- Rauf müəllim, son günlər Azərbaycan Ordusu işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq uğurlu əks-hücum əməliyyatı həyata keçirir. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu zəfər yürüşünü davam etdirir. Təcavüzkar Ermənistanın sentyabrın 27-dən Azərbaycana qarşı başladığı geniş miqyaslı hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları uğurla davam edir. Şanlı Ordumuz Cəbrayıl şəhəri başda olmaqla artıq işğal altında olan bir sıra qəsəbə və kəndlərimizi, böyük strateji əhəmiyyəti olan Murovdağ və digər yüksəklikləri işğaldan azad edib. Əks-hücum əməliyyatları zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və texnikası məhv edilib. Torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda mübarizə aparan rəşadətli, qəhrəman Ordumuza yeni-yeni qələbələr arzu edirəm.

Düşmən ən müasir silahlarla təchiz olunmuş qəhrəman Azərbaycan Ordusu qarşısında davam gətirə bilmir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş, müdrik siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə, o cümlədən ordu quruculuğunda yüksək nəticələr əldə olunub. Azərbaycan Ordusu hazırda dünyanın ən qabaqcıl 50 ordu sırasındadır.

Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını uğurla davam etdirir. Gərgin döyüşlər gedir. Rəşadətli Ordumuz yüksək ruh yüksəkliyi ilə, işğal altında olan torpaqlarımızı azad etmək üçün qarşıya qoyulan vəzifələri yüksək peşəkarlıqla və qəhrəmanlıq nümunələri göstərərək yerinə yetirirlər. Bu qələbələr bizim torpaqlarımızı tam azad edənədək gedən yolumuzda əldə etdiyimiz ilk qələbələrdir. Bizim yolumuz haqq yoludur. İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan bütün torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağı Xankəndidə, Şuşada və Qarabağın işğaldan azad olunan digər yaşayış məntəqələrində dalğalanacaq. Bu şərəfli vəzifənin yerinə yetirilməsində qəhrəman Azərbaycan Ordusuna uğurlar arzu edirəm.

- Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciətində, eləcə də, xarici kütləvi informasiya vasitələrinə müsahibəsində atəşkəsin bərpa edilməsi üçün şərtləri açıqladı. Bu barədə nə deyə bilərsiniz?

- Son günlərdə Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciət edib, bir sıra nüfuzlu xarici kütləvi informasiya vasitələrinə müsahibələr verib. Bu fakt hazırda baş verən proseslərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Cənab Prezident həm Azərbaycan xalqına müraciətində, həm də müsahibələrində Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi. Dövlətimizin başçısı bir daha qətiyyətli mövqeyini nümayiş etdirərək bəyan etdi ki, atəşkəsin bərpa olunması üçün Paşinyan Azərbaycan xalqından üzr istəməli, “Qarabağ Ermənistan deyil” deməli və işğal olunmuş torpaqlarımızı tərk etmək üçün konkret cədvəl verilməlidir.

Bütün Azərbaycan xalqı Prezidentimizlə qürur duyur. Prezident İlham Əliyevin bu qətiyyətli mövqeyi bir daha göstərdi ki, dövlət və milli maraqlarımız hər şeydən üstündür. Baxmayaraq ki, müəyyən beynəlxalq dairələr sadəcə atəşkəsin bərpa olunmasına çalışırlar, hətta açıq şəkildə işğalçı ermənilərə dəstək verirlər...

- Yeri gəlmişkən, Fransa Prezidenti Emmanuel Makron erməniləri açıq şəkildə dəstəkləyən bəyanat verib. Buna münasibətiniz necədir?

- Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan nünaqişəsi ilə bağlı baş verən son hadisələrlə bağlı Latviyanın paytaxtı Riqada verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi Fransanın vasitəçilk missiyası ilə uyğun gəlmir, birtərəfli və qərəzlidir. Makronun bu qərəzli və siyasi etik qaydalara sığmayan bəyanatı onu göstərir ki, bu ölkə Minsk Qrupu həmsədri kimi funksiyasını yerinə yetirə bilmir. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik müssiyasını yerinə yetirməli olan bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq” – deyə bəyanat verməsi əsla qəbul edilə bilməz. Bu, işğalçı Ermənistanın açıq- aşkar dəstəklənməsi və yeni ərazilər işğal etməyə həvəsləndirməkdir.

Vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Makronun timsalında Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi. Bu bəyanatla Fransa 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli münasibət göstərdiyini ortaya qoydu. Belə olan halda Fransanın Minsk Qrupu həmsədirliyindən kənarlaşdırılması müzakirə olunmalıdır.

Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır. Bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarının işğaldan tam azad edilənədək davam edəcək. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ münaqişəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Buna anlamayan vasitəçilərin missiyasına ehtiyac yoxdur.

Qəhrəman Ordumuz ruh yüksəkliyi ilə Qarabağda ərzi bütövlüyümüz uğrunda apardığı müharibəni uğurla davam etdirir. Bizim yolumuz haqq yoludur. İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan torpaqlarımız azad olunacaq və qələbə bayrağımız Xankəndində, Şuşada və digər işğaldan azad olan torpaqlarımızda dalğalanacaq.