YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə yeni möhtəşəm nailiyyətlərə imza atacaq

Müsahibimiz YAP Təftiş komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova

- Sevinc xanım, bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan çoxəsrlik tarixinin ən qüdrətli dövrünü yaşayır. Ölkəmizin tarixi nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinin təməlində hansı amillər dayanır?

- Ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna rol oynayır.  Bu baxımdan əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. 15 oktyabr 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində xalqın böyük etimadını qazanan cənab İlham Əliyev ötən 19 il ərzində Azərbaycanın qazandığı uğurların müəllifidir. Həmin seçkilərdə xalq öz səsini Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Azərbaycan xalqı xoşbəxtdir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasətini ondan sonra uğurla davam etdirən güclü lideri var. Tarixdən məlumdur ki, hər bir xalqın ümummilli liderindən sonra onun səviyyəsində lider yetişmir. Amma Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyevin davamçısı olan cənab İlham Əliyev kimi güclü var ki, müstəqil dövlətimizi daha böyük zirvələrə yüksəldib.

Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Və gənc dövlətin əsaslarının möhkəmliyi, həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallaşıb. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Prezident İlham Əliyev Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək bacarığı ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb.

Məlumdur ki, müstəqil siyasət əsas etibarilə ölkəyə rəhbərlik edən liderin şəxsi keyfiyyətlərindən və effektiv idarəetməsindən, bütövlükdə, onun istinad etdiyi rasional davranış modelindən asılıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür: “Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır”.

- Çoxşaxəli islahatların əhəmiyyəti nədən ibarətdir?

-Ümumiyyətlə, cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra bütün sahələr üzrə sistemli islahatların həyata keçirilməsinə başlandı. Aparilan islahatlar ölkənin inkişafında vacib rol oynaynayaraq, nəticə etibarilə torpaqlarımızın erməni işğalından azad olunmasına hədəflənmişdir. Həyat sübut etdi ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin nümunəsi olan genişmiqyaslı islahatlar qarşıya qoyulan hədəfə çatdı və 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi.

Bütövlükdə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Məlumdur ki, 2018-ci ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı islahatlar daha böyük vüsət aldı. İslahatlar siyasi sferanı da əhatə edir. Bu istiqamətdə uğurlu islahatların nəticəsidir ki, Prezident İlham Əliyev ölkədə yeni siyasi konfiqurasiyanın formalaşdığını bəyan edib.  Həmçinin müxtəlif siyasi partiyalar Milli Məclisdə, həmçinin parlamentin rəhbərliyində təmsil olunurlar. ölkədə aparılan bu milli vəhdət həm müxalifət-iqtidar münasibətlərində, həm də müxalifət partiyalarının öz aralarında konstruktiv münasibətlərinin yaradılmasına imkan verib. Bu gün, Azərbaycanda siyasi münasibətlərin inkişafı, siyasi partiyalar arasında sağlam dialoq mühiti  yüksək səviyyədədir. 

- Bəs məqsədyönlü reformalar ölkəmizdə siyasi münasibətlərin inkişafında və dialoqun dərinləşməsində hansı rol oynayır?

- Açıq siyasi dialoq ölkənin siyasi gündəliyini xarakterizə edən əsas amillərdən biridir. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi ənənəsi formalaşdırılıb. Eləcə də, qərargahı olmayan 25 siyasi partiya üçün müvafiq yerlər ayrılması, habelə vaxtı ötürülmüş qurultaylarının keçirilməsi istiqamətində tədbirlər görülüb. Ötən müddət ərzində 32 siyasi partiya qurultaylarını keçirib və nəticələri dövlət qeydiyyatına alınmaqla bu partiyaların fəaliyyətində legitimlik təmin edilib. Həmçinin, uzun fasilədən sonra 11 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması təmin edilib. Bütün bunlar təsdiqləyir ki, siyasi konfiqurasiyanın yeni modeli özünü təsdiq edib. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar ümummilli məsələlərdə vahid mövqedən çıxış edirlər. Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. Belə ki, partiyalar birgə bəyanat imzalayaraq Ali Baş Komandana və Azərbaycan Ordusuna dəstək nümayiş etdirdi. Müharibənin davam etdiyi günlərdə və ondan sonra da bu tipli birgə bəyanatların şahidi olduq.

 Birgə bəyanatların verilməsi təcrübəsi milli həmrəyliyə, habelə sağlam əməkdaşlıq ənənələrinin zənginləşməsinə xidmət edir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 birgə müraciət imzalanmışdır. Bundan başqa, 2021-ci il 17 mart tarixində ümumilikdə 75 nəfər olmaqla 48 siyasi partiya nümayəndəsi, politoloqlar, habelə media təmsilçilərinin iştirakı ilə Ağdam şəhərinə səfər təşkil olunmuşdur. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə 2021-ci il 7 oktyabr tarixində 43 siyasi partiyanın rəhbər və nümayəndələri, politoloqlar, habelə media təmsilçilərinin – ümumilikdə 90 nəfərin  iştirakı ilə təşkil olunan səfər də bu qəbildən olan növbəti tədbirdir. Həmçinin, 2022-ci il 24 iyun tarixində ümumilikdə 82 nəfərin (o cümlədən 40 siyasi partiyanın rəhbərləri və nümayəndələri, həmçinin politoloqlar və media təmsilçiləri) Zəngilan rayonuna səfəri təşkil olunmuşdur. Siyasi dialoqun qurulması istiqamətində əldə olunmuş uğurlar bundan sonra da bu prosesin effektiv davam etdiriləcəyindən xəbər verir.

Ölkəmizdə siyasi münasibətlərin inkişafından söz düşərkən, burada hakim Yeni Azərbaycan Partiyasının rolu xüsusi vurğulanmalıdır. YAP fəaliyyət göstərdiyi dövr ərzində hər zaman ölkədə siyasi qüvvələrin sağlam əlaqələrinin qurulması, ümummilli məsələlərdə vahid mövqedən çıxış edilməsinin təşəbbüskarı olmuşdur. Bütövlükdə, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən 30 ildə böyük inkişaf yolu keçib. YAP ölkəmizdə çox ağır və mürəkkəb siyasi proseslər zamanı tarixi zərurətdən yaranmış bir partiya olaraq qısa zamanda xalq arasında böyük nüfuz qazanıb çünki hər zaman öz fəaliyyətində ümummilli maraqları öndə tutmuşdur. Görülmüş işlər və aparılan islahatlar sayəsində Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir.

Təbii ki, 44 günlük Vətən müharibəsində Azərbaycan öz şanlı qələbəsi ilə regionda yeni reallıqlar yaratması Yeni Azərbaycan Partiyasının həyatında da öz sözünü dedi. 2020-ci il martın 5-də partiyanın növbədənkənar VII qurultayının keçirilməsi də məhz yeni reallıqlar ilə bağlı idi. Qurultay nəticəsində Yeni Azərbaycan Partiyasında bir sıra yeniliklər baş verdi. Yeni dövrün cagrişlarına  cavab verə biləcək partiyanın yeni strukturu və nizamnaməsi təsdiq olunmuşdur . 2021-ci  ildə partiyanın yeni proqramı və VII Qurultaydan sonraki dönəmdə partiyanın fəaliyəti ücün bir sira önəmli sənədlər qəbul olunmuş,mühüm tədbirlər həyata kecirilmişdir.

- Sevinc xanım, Azərbaycan dövlətinin siyasətində vətəndaş amili ön sıradadır. Bu baxımdan, həyata keçirilən sosial siyasəti necə xarakterizə etmək olar?

- Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Eyni zamanda, ölkəmizin iqtisadi gücü elə bir səviyyəyə çatıb ki, dünya bazarlarında baş verən kəskin dəyişikliklərin, böhranların təsir gücü ən aşağı həddədir. Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizini təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir. Ölkədə həmçinin əhalinin gəlirlərinin stabil artımı, sosial-siyasi sabitlik təmin olunub.

Prezident İlham Əliyevin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb.

Bu  sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Beləliklə, Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra da böyük nailiyyətlərə imza atacaq. 2003-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin xalqımıza xitabən “Mən İlham Əliyevə özüm qədər inanıram”, “Mənim axıra çatdıra bilmədiyim işləri sizin dəstəyinizlə İlham Əliyev həyata keçirəcək” fikirlərinə Azərbaycan vətəndaşları sadiq qalaraq son 18 ildə dövlətimizin başçısının siyasətini birmənalı olaraq dəstəkləmişdir. Həyat sübut etdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyev ideyalarını ardıcıllıqla həyata keçirir. Prezident İlham Əliyev torpaqlarımızı erməni işğalından azad etməklə ata vəsiyyətini yerinə yetirdi. Dövlətimizin başçısının “Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” fikrini qürurla səsləndirməsinə  hər birimiz şahid olmuşuq. 

Bu gün Azərbaycanın qarşısında yeni-yeni üfüqlər açılıb. İşğaldan azad olunmuş ərazilərimizin, doğma Qarabağın bərpası fonunda cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız yeni-yeni möhtəşəm nailiyyətlər qazanacaq!