YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan sahibkarlığın inkişafı üçün əlverişli ölkədir

Müsahibimiz Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev

- Məmməd müəllim, Azərbaycanda sahibkarlıq fəzliyyəti inkişaf edərək əhalinin həyat şəraitinin yaxşılaşmasında xüsusi rol oynayır. Ölkəmizdə müasir sahibkarlığın  inkişafı barədə nə deyərdiniz?

- Azərbaycanda müasir milli sahibkarlığın inkişafı 20-ci əsrin 90-cı illərindən  başlamışdır.

Həmin dövdə ümümilli lider H.Əliyev demokratik həyat tərzinin diqtə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın yeni dövr üçün prioritetlərini müəyyənləşdirmiş və ölkənin iqtisadi siyasətinin təməlini qoymuşdur.

Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmiş,  sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış, bu da sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaratmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və sair  sosial yönümlü  problemlərin həlli sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır. 

Ümumiyyətlə Azərbaycanda sahibkarlıq fəzliyyəti inkişaf edərək əhalinin həyat şəraitinin yaxşılaşmasında xüsusi rol oynamışdır. Belə ki, ilin əvvəlindən ötən 6 ay ərzində ölkə üzrə muzdla işləyənlərin orta aylıq əməkhaqqı 4 faiz artaraq 457 manatı keçmişdir. 7 ayın nəticələrinə görə əhalinin pul gəlirləri isə 6,4 faiz çoxalaraq 23,6 milyard manat olmuşdur

Onu da qeyd edək ki, əhalinin gəlirlərinin artımı dünyada baş verən iqtisadi-siyasi böhran, bununla bağlı neftin qiymətinin iki dəfədən cox aşağı düşdüyü bir şəraitdə  baş vermişdir. Hesablamalara əsasən Azərbaycanda İlin əvvəlindən inflyasiyanın həcmi cəmi 3,7 faiz olmuş, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri dəyişməmişdir.

Bu gün sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan dövləti öz iradəsini nümayiş etdirir. Sahibkarlara daim diqqət göstərilir, onlara  güzəştli kreditlərin, texnikanın lizinq yolu ilə verilməsi, fermerlərə subsidiyaların ayrılması, bütövlükdə kənd təsərrüfatını, eləcə də sahibkarlığı stimullaşdıran Dövlət Proqramlarının qəbul olunması və onların müvəffəqiyyətlə icra olunması ölkədə sahibkarlığın inkişafına münbit şərait yaratmışdır. 

Azərbaycanda 90-cı illərin ortalarından başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən islahatlarla planlı iqtisadi modeldən liberal bazar iqtisadiyyatına keçid təmin edilib, dünyada ən yüksək inkişaf templəri ilə sənaye, xidmət və kənd təsərrüfatı sahələrində real irəliləyişə nail olunub. Ulu Öndərdən sonra bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır.

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi ölkə sahibkarlarına da diqqət və qayğısını əsirgəmir. Ölkədə sahibkarlığın perspektivləri  barədə fikirlərinizi bilmək istərdik?

- İlk növbədə qeyd edək ki, Azərbaycan sahibkarlığın inkişafı üçün əlverişli ölkədir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər.

Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirililməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının təkmilləşdirilməsi, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır.

Son 20 il ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar  xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir. Eyni zamanda, respublikada tətbiq olunan  vergi yükü azaldılmışdır.

Prezident İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahəyə verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir.

Dövlət başçısının bu fərmanı Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi üçün əsas olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açır. Fərmanla müəyyənləşdirilmiş vəzifələr aidiyyəti dövlət qurumları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasını tələb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 avqust 2015-ci il tarixli  «Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında» Fərman  özəl sektorun inkişafına təkan verəcəkdir.

Son illərdə respublikamızda qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ayrı-ayrı dövlət proqramları həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008 və 2009-2013-cü illəri əhatə edən dövlət proqramları, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafın təmin olunması, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramları nəticəsində ümumən iqtisadiyyatımız inkişaf edib, regionlarda iri infrastruktur layihələri həyata keçirilib, əhalinin yoxsuluq səviyyəsi minimum həddə endirilib, biznes mühiti canlanıb. Bütün bunlar kiçik və orta sahibkarlığın, fermer təsərrüfatlarının daha da inkişaf etməsinə şərait yaradıb.

Görülmüş tədbirlərin nəticəsidir ki, 2014-cü ildə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 27 milyard ABŞ dolları olmuş, bunun da 16  milyard ABŞ dolları daxili investorların vəsaiti  olmuşdur.

Müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir.

İqtisadiyyatın  hərtərəfli inkişafının təmin edilməsi, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik şaxələndirilməsi, ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalının daha da artırılması və regionlarda  sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, son illər ərzində  aparılan islahatlar, irəli sürülən mühüm təşəbbüslər əyani şəkildə ölkənin dinamik inkişafına təkan vermişdir.

Belə ki, 2015-ci ilin  6 ayı ərzində iqtisadiyyat 5,7 faiz artmışdır. Qeyri-neft sektorunda 9,2 faiz, sənaye istehsalı isə təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesinin 14 faizdən çox artması son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin nəticəsidir.

Azərbaycanda əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz artmışdır. Kənd təsərrüfatı 7,3 faizdən çox artmış, bu isə  son illər ərzində ən yüksək artım tempi deməkdir.

Bu ilin  6 ayında ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimi iş yeridir. Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur.

Sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmış, bu ilin 6 ayı ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2700 sahibkarlıq subyektinə 88.4 milyon manat güzəştli kredit verilmişdir.

Eyni zamanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilmiş, quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri, aqroservislər yaradılmış, su təminatı və meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmış, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməmiş və bu sahədə sabitliyə nail olunmuşdur.

Həyata keçirilən tədbirlər, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında müəyyən olunan hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial –iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.   

Ölkədə aparılan sosial – iqtisadi siyasətin strateji məqsədləri bazar münasibətlərinə və özünü inkişaf qabiliyyətinə malik olan  sosial yönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təcrübəsinə inteqrasiyanın təmin edilməsidir.

Həmçinin regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsi, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması və sahibakarlıq fəaliyyətinin artırılması  kimi vacib istiqamətdə də  əməli işlər görülür.

- Azərbaycanda Sahibkarlar Konfederasiyası tərəfindən görülən işlər barədə məlumat vermənizi xahiş edirik?

- Bildiyiniz kimi hazırda Azərbaycan sahibkarlığı  özünün  inkişaf  dövrünü  yaşayır.

Belə şəraitdə Konfederasiya ölkədə iş adamlarının maraqlarından cıxış edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir. O, özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər assosiasiya və birlikləri birləşdirir.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir. Biz yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edirik. Eyni zamanda, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Hazırda Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ixrac potensialının artırılması məsələlərinə dövlət başçısı daha çox diqqət yetirir. Bu məqsədlə xaricdəki səfirliklərimiz, xarici dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə geniş iş aparılır.

Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq heç kəsə sirr deyil. Ona görə də ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artırılması və dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Bu işlərin görülməsi ücün digər tədbirlərlə yanaşı işi günün tələbləri səviyyəsində qurmaq bacarığına malik olan kadrların hazırlanmasına ehtiyac vardır.

Özəl sektorun inkişaf etdirilməsi ücün yeni kadrların hazırlanması sahəsində əməkdaşlığın davam etdirilməsi məqsədilə Azərbaycan Sahibkarlar  Konfederasiyası Təhsil Nazirliyi ilə əməkdaşlıq edir. Ötən il  imzalanmış Anlaşma memorandumu  çərçivəsində mütəmadi müzakirələr aparılır.

Cari il ərzində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Dövlət Sosial Müdafiə Fondu arasında əməkdaşlıq müqaviləsi də  imzalanıb.

Azərbaycan Sahibkarlar Konfederasiyası əvvəlki illərdə olduğu kimi, cari ildə də İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirlərdə, sərgilərdə,  Vergilər Nazirliyinin keçirdiyi  seminarlarda, Xarici ölkələrdən gəlmiş iş adamları ilə görüşlərdə, Azərbaycanın rayonlarında və iqtisadi zonalarında keçirilmiş konfrans və forumlarda, səfirliklərdə keçirilmiş qəbulda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi elmi-praktiki konfranslarda, hüquqi məsələlərin müzakirəsində, videokonfranslarda, məzun yarmarkalarında və digər görüşlərdə yaxından iştirak etmişdir.

ASK nəinki xarici ölkələrdə keçirilən, o cümlədən ölkədə keçirilən tədbirlərdə fəal iştirak edir. "Daşınar əmlaklara əsaslanan kreditləşmə" mövzusunda keçirilmiş konfrans, “Korporativ  Sosial Məsuliyyət: mövcud vəziyyət, problemlər və perspektivlər” adlı  dəyirmi masa, “Yeni imkanlar yaradan çağırışlar”adlı seminar olduqca faydalı olmuşdur.

Azərbaycan Sahibkarlar Konfederasiyası zamanın tələblərini nəzərə alaraq, gündəlik fəaliyyətini durmadan təkmilləşdirir, müasir biliklər təcrübəsindən, modern idarəçilik üsullarından real şəkildə bəhrələnməyə çalışır. Əmin olduğumu bildirirəm ki, bütün bunlar öz real bəhrəsini verəcəkdir.

- Hazırda respublikamızda sahibkarlığın inkişafı hansı səviyyədədir və konfederasiya prezidenti olaraq bu inkişafdan razısınızmı?

- Sahibkarlığın inkişafı ilə əlaqədar ən mühüm məsələlərdən biri də budur ki, bütün regionlarda müasir dövrün tələblərinə uyğun olaraq mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun davamlı inkişafı, infrastrukturun daha da yaxşılaşdırılması, müasir texnologiyalar tətbiq olunmaqla yeni istehsal və emal müəssisələrinin yaradılması, iqtisadiyyatın ənənəvi sahələrinin müasir üsullarla inkişafına nail olunması üzrə kompleks tədbirlər həyata keçirilsin. Təbii ki, bu tədbirlər davam etdirilir.

Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığı sürətlə aradan qaldırılır və bu proses bu gün mühüm əhəmiyyət kəsb edir. Ölkədə kiçik və orta sahibkarlıq mühüm iqtisadi amilə çevrilir,  yeni iş yerləri açılır, gələcəkdə də bu tendensiya sürətlə davam etdiriləcək.

Konfederasiya sahibkarların problemlərini həll edilməsində, onların maariflənməsində daima maraqlıdır.

Bu gün aqrokimya laboratoriyalarının yenilənməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlər verəcək kənd təsərrüfatı  bankının yaradılması, drenaj- kollektır şəbəkələrinin təkmilləşməsi, tədarük satış-məntəqələrinin yaradılması, digər problemlər həlli vacib məsələlərdən  sayılmalıdır.

Konfederasiyanın Prezidenti kimi qeyd etmək istərdim ki, bu inkişafla kifayətlənmək olmaz. Belə ki, bu sahələrin inkişafı ücün tərəfimizdən mümkün vasitələrdən istifadə olunacaq, gələcəkdə

- Məmməd müəllim, Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  beynəlxalq  əlaqəri  haqqında nə deyə bilərsiniz?

- Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sahibkarlarla,dövlət orqanları ilə,yerli qurumlarla birgə işi ilə yanaşı, beynəlxalq qurumlarla o cümlədən Beynəlxalq işəgötürənlər Təşkilatında, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresində üzvlüyü davam etdirməklə, respublikada fəaliyyət göstərən bir çox dövlətlərin və Azərbaycanın xaricdəki səfirlikləri ilə, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirilmişdir.

Beynəlxalq əlaqələrimiz zəngin və çoxşaxəlidir. Azərbaycandakı xarici ölkə səfirlikləri və Azərbaycanın xaricdəki səfirlikləri ilə iş,  beynəlxalq təşkilatlar və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, beynəlxalq və ölkələr arası ikitərəfli biznes forum və sərgilərdə iştirak etmək, Azərbaycan Sahibkarlarını beynəlxalq aləmdə keçirilən tədbirlərdə təmsil etmək, Konfederasiya üzvlərinin beynəlxalq sərgi və forumlarda iştirakına  yaxından kömək etmək və sair  məsələlər  beynəlxalq  əlaqələrimizin  əsas  ana  xəttini  təşkil  edir.  

Kecən müddət ərzində konkret olaraq Konfederasiyanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının, Türkdilli Dövlətlər Şurasının tədbirlərinə qatılmış, konfederasiyanın xarici ölkələrdəki yeni nümayəndəliklərinin yaradılması, mövcud olanlarla əməkdaşlığın inkişaf etdirilməsi, bir sıra beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər, qeyri-hökumət təşkilatları, biznes qurumların nümayəndələri ilə işgüzar əlaqələr inkişaf etdirilmiş, Konfederasiya “Biznes Konsaltinq” MMC-nin bir sıra xarici biznes qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması və birgə biznes görüşlərin təşkili həyata keçirilmiş, müxtəlif dövlət qurumlarının təşkil etdiyi iclaslarda Konfederasiya təmsil olunmuşdur.

Cari ildə Konfederasiya rəhbərliyi və üzvləri   respublika əhəmiyyətli “B20” Türkiyənin sədrliyi çərçivəsində Türkiyə Odalar və Borsalar Birliyi (TOBB), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə birlikdə “Regional Məsləhətləşmə Forumu”nda  iştirak etmişdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkəmizin biznes mühiti barədə beynəlxalq aləmə geniş məlumatların verilməsi, ölkələrarası biznes əlaqələrinin genişləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərməkdədir. Bu istiqamətdə ASK-nın xarici dövlətlərdə açılmış rəsmi nümayəndəliklərinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan cari ildə ASK-nın xarici dövlətdə nümayəndəliyinin fəaliyyətə başlaması əlamətdar hadisə hesab olunmalıdır.

Bu müddətdə Konfederasiya rəhbərliyi Azərbaycanda fəaliyyət göstərən Almaniya, Türkiyə, Rusiya, Macarıstan, Bolqarıstan, Çin, Hindistan, İran və digər xarici ölkələrin səfirləri ilə görüşmüş,

Ümumiyyətlə Konfederasiya beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyinin Komissiyaları və təşkilatları ilə, Qara Dəniz iqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası ilə əməkdaşlığı daha da genişləndirmişdir.

Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici əlaqələrin genişləndirilməsi məqsədilə 2015-ci ilin 8 ayı  ərzində ölkə Sahibkarlarının iştirakı ilə  Azərbaycanda  biznes forum, sərgi və konfrans keçirilmiş, eləcə də qeyri–neft məhsullarının satış bazarlarının genişləndirilməsi məqsədi ilə Amerika, Avropa, Yaxın Şərq ölkələrində, Rusiyada keçirilmiş sərgilərdə Azərbaycan Sahibkarlarının iştirakı təmin edilmişdir. 

Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri 04 sentyabr 2015-ci il tarixdə Ankara şəhərində kecirilən Türkiyə Respublikasının sədrlik etdiyi və dünyanın iqtisadi cəhətdən ən cox inkişaf etmiş 20 ölkəsini əhatə edən G20 qrupuna üzv və dəvət edilən ölkələrin əmək, məşğulluq, maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iki gün davam edən toplantısında iştirak etmişlər.

Tədbir çərçivəsində Türkiyə Borsalar və Odalar Birliyi ilə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə İstanbul Borsalar və Odalar Birliyinin sədri İbrahim Çağlar ilə görüş keçirilmiş, görüş zamanı hər iki təşkilat arasında gələcək perspektivlər müzakirə olunmuş, TOBB-un təcrübəsindən bəhrələnmək imkanlarına dair razılıq əldə edilmişdir.

Qeyd edim ki, son illər Konfederasiya ölkəmizdə və  dünyanın dövlətlərdə fəaliyyət göstərən  müxtəlif təşkilatlarla, o cümlədən İşəgötürənlər Təşkilatları və Assosasiyalar ilə  78-dən çox  Əməkdaşlıq Müqaviləsi imzalamışdır. Bu müqavilələr ölkələrimiz arasında biznes əlaqələrinin genişlənməsi və daha səmərəli nəticələr əldə olunması  istiqamətində mühüm rol oynayır.

Beynəlxalq əlaqələrimizin daha da genişləndirilməsini planlaşdırırıq. Hesab edirik ki, bu yolla azərbaycan sahibkarlarının istehsal etdiyi məhsulların dünya bazarına cıxarılmasını, ölkəyə yeni texnologiyaların gətirilməsini, investisiya yatırımının stimullaşdırılmasına  nail olmaq olar.

- Məmməd müəllim, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkəmizdə sahibkarlığin inkişafı ilə bağlı daha hansı təklifləri irəli sürmək niyyətindədir?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə ölkə prezidenti  qeyd etdi ki,  Sahibkarlığın daha sürətli inkişafı üçün  addımlar atılacaq. Sevindirici haldır ki, əvvəlki dövrdə başlanmış və hazırda davam edən layihələr öz bəhrəsini verir, qeyri-neft potensialımız daha da artır, Sahibkarlığın inkişafı üçün bütün imkanlar vardır.

Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan -2020: gələcəyə baxış” inkişaf konsepsiyası ölkəmizin əldə etdiyi nailiyyətlərin növbəti illərdə daha da möhkəmlənməsini, növbəti 10 ildə qeyri neft sektoru hesabına ümumi daxili məhsulun 2 dəfə artırılması nəzərdə tutulur. Qarşıda duran hədəflərə nail olunması ücün Azərbaycan Sahibkarlar Konfederasiyası müvafiq tədbirlərin görülməsini nəzərdə tutmuşdur.

Nəzərdə tutulan strateji hədəflərə catmaq üçün konkret icra mexanizmləri və maliyyə resursları olmaqla yanaşı  əlbəttə ki, peşəkarlıq da tələb olunur. Ardıcıl olaraq bu amillərə doğru gediş istənilən məsələni həll etməyə bizə imkan vərəcəkdir.

Nəzərə almalıyıq ki, özəl sektor  kecən dövr ərzində artıq dayanıqlı, güclü bir  sektora cevrilmiş  və görüləcək tədbirlər nəticəsində daha da güclənəcək, Azərbaycanın iqtisadi baxımdan daha da güclü ölkəyə çevirilməsində öz sözünü deyəcəkdir.

Ölkə Prezidenti tərəfindən qəbul edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" da kənd təsərrüfatının bir istiqaməti olan üzümçülük və şərabçılığın kompleks inkişafına yönəlmiş və sahibkarlar ücün bu istiqamətdə yol açılmişdır.

Hazırda ölkədə kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görülür, islahatlar aparılır. Torpaqların elektron uçotu, qeydiyyatı indiki mərhələ üçün çox önəmli məsələlərdən biri hesab olunur.

2015-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Kənd Təsərrüfatı ili” elan edilməsi bir sıra dövlət qurumları, həmçinin Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Azərbaycan Sahibkarlar Konfederasiyası qarşısında bir neçə ciddi vəzifələr qoyub. Kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması, yeni emal müəssisələrinin yaradılması bu sahədə çalışan sahibkarlara dövlət tərəfindən xüsusi köməyin göstərilməsi bu qəbildən olan tədbirlərdəndir.

Son illərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyinin artırılması məqsədi ilə su anbarlarının və yeni sututarların yaradılması, eləcə də suvarma sistemlərinin gücləndirilməsi ilə bağlı görülən məqsədyönlü tədbirlər sahibkarlar tərəfindən müsbət qarşılanır.

Artıq kənd təsərrüfatı sahəsində yeni hədəflərə nail olmaq məqsədilə Azərbaycan Sahibkarlar Konfederasiyası və Kənd Təsərrüfatı Nazirliyi ilə yeni əməkdaşlıq müqaviləsinin imzalanması nəzərdə tutur. Bağlanacaq müqaviləyə əsasən ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətinin işlənib hazırlanmasında və həyata keçirilməsində əməkdaşlıq etmək kimi vəzifələr qarşıya qoyulacaq. Yaxın gələcəkdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadi inkişafın dayanıqlılığının istehsalatın modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması, innovasiya fəallığının və insan kapitalına investisiyaların stimullaşdırılması, kənd təsərrüfatı sahəsində calışan insanların sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması ilə bağlı birgə əməkdaşlıq münasibətlərinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyası Kənd Təsərrüfatı Nazırliyi ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Onu da qeyd edim ki, ASK-nın  tərkibində “Aqrar inkişaf və ailə kəndli təsərrüfatları ilə iş komissiyası” fəaliyyət göstərir. ASK-nın nümayəndələri müxtəlif regionlarda, xüsusilə də Ağcabədi, Xaçmaz regional nümayəndəliyində fermerlərin könüllü birgə təsərrüfatçılığın təşviqi istiqamətində təbliğat xarakterli iş aparılır. 2015-ci ilin ilk rübündə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elan edilən layihə müsabiqəsinə qatılmış və “Aqrar sahədə yeni yanaşmalar” layihəsi ilə müsabiqə qaliblərindən biri olmuşdur. Layihədən irəli gələn öhdəlikləri nəzərə alaraq cari il ərzində Ağcabədi və Xaçmaz rayonlarında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə  “Fermer təsərrüfatlarında maliyyə mənbələrinə çıxış və sığortanın təşkili” mövzusunda təlim keçirilmişdir. Təlimdə  maliyyə savadlılığı, biznes planın təşkili, kənd təsərrüfatında sığortalanmanın faydalılığı və digər mövzularda sahibkarlara geniş və müfəssəl məlumat verilmişdir.

Dövlətlə ictimai təşkilatlar arasında  əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, ictimai həyatın müxtəlif sahələrində mövcud  problemlərin alternativ həlli yolları ilə bağlı Azərbaycan Azərbaycan

Haqqında qeyd etmək istədiyim məsələlərdən biri də nağdsız ödənişlərin həyata keçirilməsi ilə bağlıdır. Nağdsız ödənişlərin inkişafının ümumilikdə ölkə iqtisadiyyatında xüsusi yeri vardır.

Hazırda bu sahədə müəyyən işlər görülür. Lakin, hesab edirəm ki, bu gün ticarət, iaşə və başqa obyektlərdə bu işin təşkili məqsədilə post terminallar quraşdırılmalı və ödənişlərin inkişaf etmiş ölkələrdə olduğu kimi plastik kartlar vasitəsilə aparılması təmin edilməlidir. Bu həm nağd pul kütləsinə tələbatı azaldar, vətəndaşların pulunun təhlükəsizliyinə imkan yaradar, həm də vergidən yayınma hallarının qarşısını almaqla korrupsiyaya qarşı mübarizə tədbirlərindən birinə çevrilə bilər.

Bu işdə dövlət qurumlarının, yerli idarəetmə təşkilatlarının, ictimaiyyətin və sahibkarların birgə fəaliyyəti zəruridir.

Biz “Sosial Partnyorluq” və “İşəgötürənlər birlikləri haqqında” qanunların qəbul ediməsini və sosial partnyorluq sistemini tənzimləyən Milli Sosial Şuranın yaradılmasını mümkün və vaxtı çatmış məsələ hesab edirik.

Məlum olduğu kimi Azərbaycan Hökuməti, Həmkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında Baş Kollektiv Saziş imzalanmış və bu sazişlə tərəflərin vəzifələri müəyyən edilir. Lakin bu orqanlar arasında öhdəliklərin daha da uğurlu icrası ücün tərəflər arasında əlaqəli fəaliyyətin gücləndirilməsi vacibdir.

Qadın sahibkarlığın inkişaf etdirilməsi, texniki peşə təhsilinin daha da yaxşılaşdırılması, ixraca dəstək verilməsi sahəsində təkliflərimiz vardır.

Dövlətlə özəl sektor arasında yeni, çox sağlam münasibətlər formalaşır. Artıq sahibkarlar bunu yaxşı bilir ki, dövlət siyasətinin icrası nəticəsində sahibkarlar üçün yeni imkanlar yaranır. Cənab prezident yeni müəssisələrin açılışında şəxsən iştirak edərək, onlarda böyük ruh yüksəkliyi yaradır. Bu da gələcəkdə daha yaxşı işləmək əzmini artırır.

Çalışacağıq ki, ildə bir günün sahibkarlar günü kimi təsis edilməsi üçün hökumət qarşısında təkliflə çıxış edək. Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq ölkədə özəl sektorun inkişafına dəstək olacaq yeni təşəbbüslərlə çıxış edəcəyik.Təbii ki, Konfederasiya öz fəaliyyətini daha da canlandırmalı, müasir dövrün tələbləri ilə uyğunlaşan iş ahənginə malik olmalıdır.

Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı da əsas fəaliyyət istiqamətlərindəndir, Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin  daha da dərinləşdirilməsi ilə bağlıdır.

Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq Prezident İlham Əliyevin apardığı iqtisadi siyasəti dəstəkləyir, ölkənin dinamik inkişafına yönəlmiş bütün tədbirlərin həyata keçirilməsi prosesində yaxından iştirak etməklə öz tövhəmizi verməyə hazırıq.