YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı iqtisadiyyatın şaxələndirilməsi strategiyasının ən mühüm halqalarından birini təşkil edir

Müsahibimiz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov

-Aydın müəllim yeni iqtsaqdi siyasət kursu müəyyənləşdirilən zaman bütün iqtisadi sahələri əhatə edən yol xəritələri təsdiq edilmişdi. Bu zaman diqqət mərkəzində duran əsas məsələrdən biri iqtisadiyyatın şaxələndirilməsi prosesinin sürətləndirilməsi idi. Xüsusi ilə nəqliyyat-tranzit sahəsində bu istiqamətdə görülən işləri necə qiymətləndirirsiz?

-İlk növbədə onu qeyd etmək istəyirəm ki, yeni iqtisadi siyasət kursu beynəlxalq yeni iqtisadi çağırışlar, qlobal maliyyə böhranı, beynəlxalq bazarlarda neftin qiymətindəki kəskin dəyişiklər fonunda yaranan iqtisadi mənzərəyə  Prezident İlham Əliyevin çevik və vaxtında reyaksiyasının təzahürüdür. Məhz Dövlət Başçısının bu reyaksiyası nəticəsində yuxarıda qeyd etdiyim iqtisadi situasiyanın yaratdığı təhlükə və təhdidləri Azərbaycan dövləti dəf edərək öz iqtisadi inkişaf tempini qoruya bilib. Heç şübhəsiz ki, iqtisadiyyatın şaxələndirilməsi, habelə qeyri neft sektorunun inkişafı istiqamətində görülən işlərdə nəqliyyat infrastrukturunun inkişafı, ölkənin tranzit potensialının daha da artırılması müstəsna rola malikdir. Bu istiqamətdə görülən işlərin əsas hədəfi Azərbaycanı mühüm nəqliyyat və logistika mərkəzinə çevrmək, tranzit yükdaşımaların həcmini və keyfiyyətini yüksəltmək, Azərbaycanın yerləşdiyi iqtisadi və coğrafi məkanın verdiyi üstünlüklərdən maksimum yararlanmaqdır. Bu sahədə ən böyük layihə isə heç şübhəsiz ki Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır.  Bununla bağlı  hələ  on il əvvəl Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli, 2443 nömrəli Sərəncamının icrası olaraq, Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlanılmışdır.

Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2010-cu il 03 noyabr tarixində yeni liman kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Ələt qəsəbəsində ərazisi 400 ha olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi mahiyyət etibarı ilə nəyinki regional hətta qlobal bir layihədir. Üç mərhələdən ibarət layihənin tamamlanması ilə

 25 milyon tona qədər yük və 1 milyon TEU-ya qədər konteyner daşınması nəzərdə tutulur ki, bu da sözün əsl mənasında Ələt qəsəbəsini regionun ən böyük nəqliyyat, transit, logistika mərkəzlərindən birinə çevirəcək.  Xüsusi qeyd etmək istəyirəm ki, Liman kompleksi üçün ayrılmış 400 ha ərazinin 100 ha sahəsində beynəlxalq nəqliyyat logistikası mərkəzinin tikintisi nəzərdə tutulub. TRASEKA çərçivəsində “Beynəlxalq nəqliyyat logistika mərkəzlərinin yaradılması” layihəsini həyata keçirən Avropa Komissarlığının nəqliyyat üzrə ekspertləri tərəfindən liman kompleksi ərazisinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi beynəlxalq nəqliyyat logistika mərkəzi üçün əlverişli hesab edilmişdir. Bu Mərkəzin ölkə və region iqtisadiyyatında xüsusi mövqeyə malik olması və nəqliyyat qovşağında önəmli yer tutması Azərbaycanın geostrateji əhəmiyyətini bir daha təsdiqləyir.

 

-Aydın müəllim avqustun 2-də Prezident İlham Əliyev   Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyəti, habelə buradakı kompleksinin tikintisinin sürətlənməsi ilə bağlı daha iki sərəncam imzalayıb.

-Cənab Prezidentin bu sərəncamları artıq onu göstəriri ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi artıq həlledici mərhələyə qədəm qoyub. Hər iki sərəncamla ayrılan vəsaitlər layihənin icrasını sürətləndirmək və onu lazımı texniki imkanlarla təmin etmək məqsədi daşıyır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının böyük prespektivi var. Ələt istər avtomobil yolu, istərsə də dəmir yolu baxımından unikal bir qovşaq yaradır. Bura indi müasir dəniz liman əlavə olunur. Gələcəkdə isə hava limanının inşası nəzərdə tutulur.

Açığını deyək ki, bir neçə il əvvəl biz limanın əsas prespektivini onun məhz şərq-qərb dəhlizi üzərində yerləşməsində görürdük. Çünki beynəlxalq yük daşıma trafikinə nəzər salsaq bir alternativ kmi bu marşurut yük sahiblərinə bir çox üstünlüklər verir. Çindən Avropaya alternativ marşrut kimi yüklərin daşınmasında, eyni zamanda Avropadan Orta Asiyaya daşımalarda bu ən cəlbedici marşuruıtdur.  Nəzərə almaq lazmdır ki,  Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra Avropdan Orta Asiyaya və Çinə  yüklərin daşınması üçün çox əlverişli alternativ yol yaranacaq.

Son illər beynəlxalq səviyyədə baş verən siyasi proseslər isə göstərdi ki, şimal-cənub dəhlizi əhəmiyyətinə görə heç də şərq-qərb dəhlizindən geri qalmır. Yəni yaranmış geosiyasi situasiya yeni iqtisadi çağırışları  gətirir. Azərbaycan isə  Bu çağırışlara da hazırlıqlıdır.  Bax bu məqam Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu növbəti dəfə nümayiş etdirir. Hesab edirəm ki, bu layihənin tamamlanması və tam qüvvəsi ilə işə düşməsi ölkəmizə çox böyük iqtisadi dividentlər qazandıracaq.

-Aydın müəllim bəs bu layihənin əhalinin iqtisadi vəziyyətinə təsiri haqda nə deyə bilərsiz?

-İlk növbədə onu vurğulamaq istəyirəm ki, bu layihənin işə düşməsi beynəlxalq yük daşıma ilə bərabər daxili yük daşıma üçün də  geniş imkanlar yaradır. Digər tərəfdən yerli məhsulların xarici bazarlara çıxarılması alternativləri artır. Bundan əlavə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı çox böyük layihədir və burada on minlərlə yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ələti unikal edən xüsusiyyətlərdən biri də onun Bakının Qaradağ rayonunda yerləşməsidir. Bakının hazırda əsas iqtisadi mərkəz olduğunu, istər özəl şirkətlərin əksəriyyətinin, istərsə də insan resursunun əsasən paytaxtda cəmləşdiynini nəzərə alsaq bu özü də böyük üstünlüklər yaradır. Qeyd edilməli  digər məqam da burada xüsusi iqtisadi zonann yaradılmasıdır ki, bu da sahibkarlar üçün öz fəaliyyətlərini genişləndirmək fürsəti deməkdir. Bu isə öz növbəsində yenə əlavə iş yerlərinin açılması deməkdir.