YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Dövlətimizin ailə, qadın və uşaq siyasəti uğurlu nəticələr verir

Müsahibimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

- Hicran xanım, hazırda Azərbaycan cəmiyyətində son 14 ildə ölkəmizin qazandığı nailiyyətlər geniş müzakirə olunur. Sizcə, bu dövrdə əldə olunan nailiyyətlərin əsasında hansı amillər dayanır?

- Müasir demokratik Azərbaycan dövlətinin yaradıcısı  Ümummilli  Lider  Heydər Əliyev  tərəfindən qoyulmuş  prinsiplərə sadiq qalaraq bu gün hörmətli  cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır.   Ümumiyyətlə, bir neçə ildir ki, biz dünyada siyasi, iqtisadi və hərbi böhranlı vəziyyəti müşahidə edirik. Dünyada baş verən kataklizmlər fonunda, ölkəmiz stabillik adasıdır. Və əlbəttə ki, inkişafın əsasında sabitlik, təhlükəsizlik dayanır. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrdə davamlı və dinamik sürətlə inkişaf edir. İnfrastrukturun, o cümlədən, sosial infrasturkturun yaradılması, yeni müəssisələrin, texno və sənaye parklarının açılması ümumi iqtisadi inkişafla yanaşı, regionların, ən ucqar kəndlərin inkişafına təkan verir, insanların rifahını yaxşılaşdırır.  Xüsusi ilə “Azərbaycan Respublikası regionlarının  sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi öz müsbət nəticələrini verməkdədir. 14 il əvvəl (2004-cü ilin əvvəllərində) qəbul edilmiş birinci proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Keçən müddət ərzində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artmış, aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir.

Biz gələcəyə inamımız çox böyükdür, çünki buna güclü əsasımız var. Yaxın tarixə nəzər salsaq, nə görürük?  Dağıdılmış, bütün əlaqələri kəsilmiş  bir ölkə. Tarixi missiyanı öz üzərinə götürərək Ümummilli Lider Heydər Əliyev Azərbaycanı  bütün çətin sınaqlardan şərəflə çıxarmışdır. Təməli o illərdə qoyulmuş  siyasət Cənab Prezidentmiz İlham Əliyev tərəfindən daha da gücləndirilmişdir. Ölkəmiz dünya miqyasında iqtisadi cəhətdən ən rəqabətqabiliyyətli ölkələr sırasında 35-ci yerdədir. “Əsrin kontraktı”nın daha da səmərəli şərtlərlə 2050-ci ilə qədər uzadılması, eləcə də, enerji, neft-qaz sahəsində  nəhəng, iri miqyaslı layihələrin rellaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırmışdır. Azərbaycan nəinki  öz xalqı, h Əgər 2004-cü ilə qədər Azərbaycanda bütün dövrlər ərzində 9 elektrik stansiyası tikilmişdirsə, son 14 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir. 2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi, hazırda isə ölkədə qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib. 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi, hazırda bu, 67 faizə çatıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir. Demək olar ki, bir çox şəhərlərimizdə içməli su və kanalizasiya layihələri uğurla başa çatıb. Oğuz-Qəbələ-Bakı  nəhəng su kəməri, Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilibdir. Bu gün bu qurğudan çıxan sular keyfiyyətinə görə Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verir. İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında isə 1,7 dəfə artım var. Qeyri-neft ixracımız 4,1 dəfə artmışdır. Sosial infrastruktuun  inkişafı  sahəsində  böyük işlər görülüb.  3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir, 43 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. Bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Əsas iqtisadi göstəricilərimizin artması, eyni zamanda, əmək haqqlarının,  pensiya və sosial müavinətlərin yüksəlməsinə səbəb olmuşdur. Maaşlar beş dəfədən çox, pensiyalar səkkiz dəfədən çox artıb və bir çox önəmli sosial layihələr icra edilib. Məktəblərə qeydiyyat dərəcəsi ibtidai, ümumi və tam orta təhsil səviyyələrində 99,8-100 faizə çatdırılmış, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunmuş, uşaq və ana ölümü əhəmiyyətli dərəcədə azalmış, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilmiş, ətraf mühitin mühafizəsi və qorunması üçün qlobal tərəfdaşlığın təmin edilməsində mühüm irəliləyişlər əldə olunmuşdur.  Ölkə başçısı  cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız , xüsusən də qadın və uşaqlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm  işlər görülmüşdür. Həssas sosial təbəqələrin, o cümlədən, kəndli qadınların, qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən bütün qüvvələr səfərbər etmişdir. Cənab Prezident İlham Əliyev və respublikanın  Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın konkret tapşırıqları əsasında onlar üçün yaşayış binalarının, eyni zamanda, cəbhə bölgələrində  ziyan dəymiş evlərin, sosial obyektlərin  tikinti, bərpa və təmir işləri aparılır. Bu günə qədər 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib.  Hərbi sənayenin inkişafı, ordumuzun gündən-günə güclənməsi, erməni işğalçılarından azad edilmiş Cocuq Mərcanlının yenidən qurulması  insanlarda torpaqlarımızın azad edilməsi inamını daha da artırır. Xüsusi ilə,  bu qəsəbənin sakinlərinin ictimai-siyasi həyata inteqrasiya edilməsi istiqamətində keçirilən tədbirlər, təşkil olunan görüşlər əhalidə böyük ruh yüksəkliyi yaradır.

Son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş vermişdir. “ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə həyata keçirilən ən nümunəvi layihədir.  Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilmişdir və “ASAN xidmət” mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır. Rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır. Həyata keçirilən dövlət siyasətinin əsasında vətədaş dayanır, cənab Prezidentin dediyi kimi, “heç bir vətəndaş diqqətdən, qayğıdan kənarda qalmamalıdır, hər kəsin hüquqları qorunmalıdır”. Bu sahədə aparılan dövlət siyasətini insanlar da müsbət qarşılayırlar. Məmur vətəndaş münasibətlərində şəffaflığın təmin edilməsi, bu siyasətin ən bariz nümunəsidir. Hər bir vətəndaş öz problemi ilə istənilən quruma çox asanlıqla müraciət edə bilər.  Əlbəttə, bütün problemləri həll etmək mümkün olmur, amma bu insanları dinləmək, onları  düzgün istiqamətləndirmək, hüquqi və sosial-psixoloji yardım göstərmək  vəzifəmizdir.  Eyni zamanda, dövlət qurumlarının  nəzdində İctimai Şura yaradılmışdır. Qeyd edim ki, İctimai  Şura  dövlət qurumlarının transparent fəaliyyətinə müsbət təsir göstərir.

Bütün bunlar onu göstərir ki, müasir inkişaf dövrünü yaşayan Azərbaycanın imkanları artır və bu, dövlətimizin dünyada nüfuzunun ildən-ilə yüksəlməsinə səbəb olur. Bu gün artıq Azərbaycan özünü dünya miqyasında müstəqil  siyasət aparan ölkə kimi təqdim edir. Bunun təməlində Cənab Prezidentin  və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ümummilli Lider Heydər Əliyevin ideyalarına, irsinə olan sadiqlik, güclü siyasi iradə, gərgin əmək,  yüksək şəxsi keyfiyyətlər, xalqla sıx təmas dayanır.

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 12 ildir ki, fəaliyyət göstərir. Komitə ölkəmizdə ailə institununun mökəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi istiqamətində nə kimi addımlar atır?

- Keçən  müddət  ərzində  ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi istiqamətində bir sıra mühüm qanunlar qəbul edilmiş və bu sahədə davamlı islahatlar aparılmışdır. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir.  Qeyd edim ki, ölkə başçısının Sərəncamları ilə təsdiq edilən Gələcəyə Baxiş İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən, eləcə də Strateji Yol Xəritəsindən irəli gələrək, ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların, uşaqların bütün sahələrdə  hüquqlarının müdafiəsi üçün  geniş imkanlar yaranmışdır.

Son illər ailə institutu və bu dəyərlərin qorunması ilə bağlı keçirilən beynəlxalq  konfranslar bu məsələlərin dünya ölkələri üçün  nə qədər aktual olduğunu bir daha göstərdi. Ancaq əfsuslar olsun ki, hazırda dünyada ekstremizm, zorakılıq, terrorçuluq, qarşıdurmalar və hərbi münaqişələrin sayı artmaqdadır. Bu hadisələr ilk növbədə ailə institutuna mənfi təsir göstərir, ailələr dağılır, milli-mənəvi dəyərlər deqredasiyaya uğrayır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir. Hazırda iki miyon səksən dörd mindən çox ailə var. Yüzlərlə ömrünün 50, 60 və daha çox müddətini bir yerdə yaşayan uzunömürlü ailələrimiz var. Bütövlükdə ailələrin  sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün Hökumət mütəmadi  zəruri tədbirlər həyata keçirir. 2006-cı ildən başlayaraq “Qadın əleyhinə zorakılığın dayandırılması!”, “Ailədaxili münasibətlərdə milli mənəvi dəyərlər və bu münasibətlərin gələcək nəslin (uşaqların) formalaşmasında əhəmiyyəti”, “Nəsillərarası əlaqələr – ailədə milli dəyərlər” , “Müasirləşmənin ailəyə təsiri və rolu”, “Ailə - dəyərlərimiz, ənənələrimiz”, “Sağlam ailə sağlam gələcəyin təminatıdır”, “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu”,   “Yaşlı nəslin təcrübəsindən faydalanaq”, “Ailə, məktəb və cəmiyyət” , “Sağlam həyat naminə erkən nikaha yox deyək”, “Bizim gücümüz birliyimizdədir”, “Ailə Akademiyası” adlı layihələr reallaşdırılmışdır. Ənənəvi olaraq  9 ildir ki,  “Ailə bayramı” keçirilir və hər il bu bayramda  bütün Azərbaycanın rayonlarını təmsil edən, 100-ə yaxın ailə iştirak edir. Eyni zamanda, “Azərbaycan ailəsi” adlı filmlər festivalı uğurla davam etdirilmişdir. 39-u xarici rejissorlar tərəfindən olmaqla, təşkilat komitəsinə 285 film təqdim edilmişdir.  Bu lyihələrdə  əsas məqsəd ailə, milli-mənəvi dəyərlərin  təbliğidir.  Əgər 2006-cı ildə 9 tədbir keçirilmişdirsə,  2017-ci il də  bu tədbirlərin sayı artaraq 30 olub. Bu tədbirlərdən 3mindən çox şagird, 10 mindən çox qadın və kişi, 2mindən çox ağsaqqal və ağbirçək, 2200-dən çox əsgər və zabit heyəti, 1875 ailə faydalanmışdır.  Ümumuiyyətlə, hər sahə üzrə keçirilən tədbirlərin sayı 2006-ci ilə nisbətdə 10 dəfə artmışdır.   2009-cu ildən başlayaraq, Komitənin  Uşaq və Ailələrə Dəstək Mərkəzləri icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər. 2009-cu ildən 2017-ci ildə daxil olmaqla  Mərkəzlərin fəaliyyətindən 87 965  vətəndaş  bəhrələnmişdir. Uşaq və Ailələrə Dəstək Mərkəzləri  tərəfindən mütəmadi olaraq, qadınlar və uşaqlar üçün ayrı-ayrı rayonlarda, məktəblərdə, ictimaiyyət arasında müvafiq mövzularda dəyirmi masalar, seminar-treninqlər, peşə kursları təşkil edilir. Bunun müsbət nəticələri ailələrin sayı artması, qanunvericilikdə dəyişikliklərin edilməsi, erkən nikahların, ana ölümünün, məişət zorakılığı faktlarının sayının azalmasına nail olunub. Ailələrin sayı 2006-cı ildə 1 817 500 idisə, 2017-ci ilin əvvəlinə 2084 500 olub.  2003-cü  ildə hər 100 000 nəfər diri doğulana ana olümü 34,2 promil təşkil edirdisə, 2016-cı ildə 13,8 promil təşkil etmişdir. Əhalinnin hər 1000 nəfər diri doğulana körpə ölümü 2003-cü  ildə 15,5, 2016-cı ildə isə 11,4 promil olub. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında   qızlar və oğlanlar üçün  nikah yaşı 18-ə  qaldırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına” və bir sira digər Dövlət Proqramları təsdiq edilmiş, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə  edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər  valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu  və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunları qəbul edilmişdir.

- Bu gün dünya ölkələrinin qarşısında dayanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasıdır. Bu barədə nə deyə bilərsiniz?

- Qeyd edim ki, ölkəmizdə  hər zaman qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Bu il  bizim üçün çox əlamətdardir.  Tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və ilk dəfə olaraq müsəlman  Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyi qeyd edilir.   müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verən ilk ölkədir. 100 il əvvəl nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrində və ABŞ-da qadınların belə bir hüququ yox idi. Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 117 il bundan qabaq Bakıda yaradılmışdır. Azərbaycan qadını öz fəaliyyətini  maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli- mənəvi dəyər və  ənənələri də nəzərə almaqla davam etdirir.  Bu qadınlar  bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun  mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır.

Müstəqillik əldə etdikdən sonra qadın hərəkatının yeni mərhələsi başlandı.Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda qadınların rolunun artırılması", “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Qadınların ictimai - siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür.  Azərbaycan Respublikası Qadınları təşkilatlanaraq problemləri müzakirə edir,  bu istiqamətdə gələcəkdə görüləcək məsələləri dövlət və cəmiyyət qarşısında qaldırır.  Bu baxımdan, 1998, 2003, 2008 və 2013-cü -cü illərdə keçirilmiş Azərbaycan Qadınlarının Qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Gender bərabərliyi və qadın hüquqlarının təbliği, o cümlədən erkən nikahların qarşısının alınması ilə bağlı Respublikanın bir sıra rayonlarına səfərlər təşkil olunub. Əhalinin maarifləndirilməsi məqsədilə seminarlar təşkil edilmişdir. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” (2006- cı il), “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010-cu il) Azərbaycan Respublikası Qanunları qəbul olunmuşdu. Qeyd etmək lazımdır ki,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevanın  məhz  bu Qanunun qəbul edilməsində  xüsusi təşəbbüsü və rolu olmuşdur. Qeyd etmək lazımdır ki, respublikanın birinci vitse-prezidenti  Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti  kimi, təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və digər  istiqamətləri əhatə edən xeyli sayda əhəmiyyətli layihələr həyata keçirirdi. Və  onun yeni fəaliyyət istiqaməti bu sahədə aparılan işləri daha da gücləndirir. Bu özünü reallaşan mühüm sosial layihələrdə əks etdirir.  Mehriban  xanım  həm ictimai fəaliyyəti, həm də elmi yaradıcılığı ilə yalnız, Azərbaycan qadınlarına deyil, dünya qadınlarına bir  nümunədir. Layiq görüldüyü bir sıra nüfuzlu mükafat və təltiflər fikirlərimizin bariz göstəricisidir. Bu günlərdə Rusiyanın “LİVEJORUNAL”nəşrində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirib.  Bu isə bütövlükdə qadınlarımızın ictimai-siyasi prosesdə daha da aktiv iştirak etmələrinə stimul yaradır.

- Ölkəmizdə qadınların ictimai-siyasi fəallığının daha da artırılması, onların iqtisadi sferada iştirakçılığının genişləndirilməsi yönündə nə kimi tədbirlər görülür?

- Sahibkarlığın, xüsusi ilə, qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Bildiyiniz kimi,  BMT-nin Avropa İqtisadi Komissiyası və  Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üzrə Xüsusi Proqramı çərçivəsində bir neçə Konfrans və Forumlar keçirilmişdir. 2012-ci ildən SPEKA - ya sədirlik edən Azərbaycan regionda qeyd olunan məsələləri  xüsusi diqqətdə saxlayır, ölkələrin təcrübələri araşdırılır, yeni əməkdaşlıqlar yaranır. Qeyd edim ki,  2016-cı ildə  SPEKA çərçivəsində İqtisadi Forumda sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlər, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin genişləndirilməsi kimi vacib  məsələlər müzakirə edilib. Və tədbirin  əhəmiyyəti ondan ibarətdir ki, üzv ölkələr sıx əməkdaşlıq edərək davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi istiqamətində Gəncə Bəyannaməsi qəbul olunub.2017-ci ildə sayca 3-cü olan Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər  mövzusunda beynəlxalq  konfrans keçirilib və Tövsiyələr Qəbul olunub.  Qəbul olunmuş bir sıra dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm xarakter daşıyır. Görülən tədbirlər qərar qəbuletmə səviyyəsində  qadınların təmsilçiliyinə öz müsbət təsirini göstərdi. Milli  Məclisdə qadınların xüsusi çəkisi  1990-cı ildə 4,3%, 2000-ci ildə 10,7%, 2010-cu ildə 16%, 2015-ci ildə 16,8% olub. Bələdiyyəyə   seçilmiş qadınlar isə 2004-cü ildə 4%, 2009-cu ildə 26,5%, 2014-cü ildə isə 35%-ə çatmışdır. Son illər demək olar ki,bütün yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri mütləq qadındır. Ümumiyyətlə, qadın hüquqlarının müdafiəsi ilə bağlı bir sıra  layihələri  Komitə ilə birgə  Heydər Əliyev Fondu,  Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNICEF),  Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) dəstəyi ilə reallaşır. Azərbaycan Hökuməti gender əsaslı zorakılığın qarşısının alınması sahəsində çox mühüm işlər görür. İlk növbədə qanunun implementasiyası üçün hakimlər, vəkillər  üçün təlimlər keçirilib və bu öz müsbət nəticəsini verir.  Artıq son iki ildə məhkəmə qərarlarında bu sahədə qəbul olunmuş qanun və qoşulduğumuz konvensiyalara, o cümlədən, «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi» haqqında Konvensiyaya istinad edilir. Yerli icra hakimiyyətlərində  fəaliyyət göstərən   Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının iş keyfiyyətinin artırılması üçün seminarlar təşkil olunub, tövsiyələr verilib. Eyni zamanda, gender məsələləri üzrə təyin  edilmiş əlaqələndirici şəxslər üçün Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında  xüsusi  fakultativ dərslər keçirilib.   Komitə  müvafiq dövlət qurumları ilə birgə “Məişət zorakılığının qarşısınin alnması ilə bağlı”  2016-2018-ci ilər üçün  tədbirlər  planı çərçivəsində müvafiq işlər görüb.  Bu ilin oktyabr ayında Məişət zorakılığı ilə bağlı onlayn məlumat bankının təqdimatı keçirildi. “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində  bir sıra  mühüm  sənədlərin hazırlanması sahəsində tədbirlər  görülüb,  müvafiq qurumların məsul şəxsləri ilə səmərəli görüşlər keçirilmişdir. 2017-ci ildə  “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” ilə bağlı  dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Konfrans təşkil edildi. “Gender Əsaslı Zorakılıqla Mübarizə Sahəsində Qurumlararası Əlaqələndirmə Şurasının Yaradılması” və  “Məişət zorakılığının aradan qaldırılması və onunla mübarizəyə dair Milli Fəaliyyət Planı”nın hazırlanması, qanunvericilik bazasının daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər  ictimaiyyətə təqdim edilib.

Prezidentimizin uğurlu dövlət idarəçiliyi, Onun başçılığı ilə aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar qadınların qarşısında böyük imkanlar yaradır. Onların  əldə etdikləri uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir. Xüsusilə bu gün qadınlarımız texniki və maliyyə sahələrinə böyük maraq göstərirlər. Əgər 2005- ci ildə  dörd mindən çox (4328) qadın maliyyə və sığorta fəaliyyəti ilə məşğul olurdusa, 2015-ci ildə onların sayı  on minə (9899) çatmışdır. Və ya 2005-ci ildə peşə, elmi və texniki fəaliyyəti ilə  on dörd mindən çox (14 811) qadın məşğul olurdusa, 2015-ci ildə onların sayı  iyirmi beş mini (25 386) ötmüşdür.  Tikinti sahəsində fəaliyyət göstərən qadınların sayı 2005-ci ildə  beş mindən çox (5 177), 2015-ci ildə isə yeddi mindən çox 7154 olmuşdur. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqla məşğul olan qadınların sayı 2005-ci ildə 8170 idisə, 2016-cı ildə  bu rəqəm artaraq 9800 olmuşdur. Cənab Prezidentin rəhbərliyi ilə ölkədə  biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar  sahibkarlarımızda, xüsusi ilə də qadın sahibkarllarda böyük ruh yüksəkliyi yaratmışdır. Həyata keçirilən  dövlət siyasət nəticəsində aztəminatlı,ünvanlı sosial yardım alan,  riskli ailələrdən olan qadınların məşğulluğunun artırılması üçün müxtəlif sahələrdə onların biznesə cəlb olunmalarını sürətləndirir.  Xüsusilə, kənd və rayonlarda yaşayan  xüsusi həssas yanaşma tələb edən qadınların, qaçqın və məcburi köçkün qadınların da sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi də vacib məsələlərdəndir. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. İqtisadiyyat  Nazirliyi, Azərbaycan Sahibkarlara Kömək  Milli Fondu   digər dövlət  qurumları ilə bərabər, regionlarda qadın sahibkarlarının fəaliyyətinin daha da möhkəmləndirilməsi üzrə iş aparır, onlara kiçik və orta biznesə başlamaları üçün  kreditlər  verilir.  Belə ki,  2002-2016-ci illər ərzində  3787  qadın sahibkara  65.9  milyon manat  güzəştli kredit verilmişdir. 2002-2016-ci illər ərzində qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına  5671  yeni iş yerləri  yaradılmışdır.  2017-ci ilin əvvəlində qadın sahibkarların sayı artaraq 143 090 nəfər təşkil edir. Bu gün  aktual məsələlərdən biri də, kənd və rayonlarda yaşayan qadınların iştirakçılığının artırılmasıdır. Azərbaycanda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi çərçivəsində 971 qadın təlim keçmiş, 48 qadın isə sahibkarlıq fəaliyyətinə başlamışdır. 2017-ci ildə regionlarda 5 Qadın Resusrs Mərkəzi yaradılıb. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir.  Ailə büdcəsinə öz tövhəsini verməklə yanaşı, qadının  özünə inam hissi artır, ailədə iqtisadi cəhət asılı olmur, eyni zamanda özlərinin iqtisadi və ictimai həyatda  bərabər iştirakını təmin etmiş olurlar.

- Hicran xanım, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi yönündə hansı tədbirlər həyata keçirilir?   

- Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan hökuməti  tərəfindən mühüm işlər görülmüşdür. Möhtərəm Prezidentimizin və Birinci xanımımızın uşaqlara göstərdikləri qayğı, həmçinin, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətini daha da artırmışdır. Dövlət  uşaq siyasətinin əsasında  qaçqın və  məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatı, böyüməkdə olan nəslin sağlamlığı, təhsilinin inkişafı, hüquqlarının müdafiəsi,  uşaq  iştirakçılığı dayanır. Bu istiqamətdə  Dövlət Proqramları icra olunur,  beynəlxalq və  qeyri-hökumət təşkilatları ilə birgə layihələr həyata keçirilir. 2006-ci ildə 10 tədbir keçirilmişdirsə, 2017-ci ildə bu tədbirlərin sayı 40-a çatmışdır.   2009-cu ildə “Uşaq ili”elan olunub. 2009-2017-ci illər ərzində  4 Ümumrespublika Uşaq Forumu keçirilib. Bu ilki  Forumda respublikanın bütün bölgələrinin təmsil edən uşaqlarla yanaşı, bir sıra xarici dövlətlərin məsul şəxsləri, gənc nümayəndə heyəti iştirak edirdi. Bu, ildən-ilə tədbirin  səviyyəsinin daha da artdığını, beynəlxalq nüfuz qazandığını sübut edir. Ölkə başçısının Forum iştirakçılarına etdiyi müraciət  isə  ölkədə uşaq siyasətinin həyata  keçirilməsində dövlətin və onun başçısının diqqətin və qayğının göstəricisidir.  Qeyd edim ki, hər bir Forumda səslənən təkliflərin  əksəriyyəti həyata keçirilmişdir.  Və  bu dövlətimizin  hər bir vətəndaşın istər uşaq, istərsə də böyük olsun fikrinə, arzusuna göstərilən diqqətin bariz nümunəsidir.  Məlumat üçün qeyd edim ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq hüquqlarının həyata  keçirilməsinə dövlət  nəzarəti Qaydası” təsdiq edilmişdir. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılır. Bütün məlumatlar Komitədə ümumiləşdirilmiş, tövsiyələr hazırlanmış və Nazirlər Kabinetinə çatdırılır. Həmin tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılır, mütəxəssislər üçün yeni təlimlər keçirilir. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılmış, artıq məlumatlar daxil edilir.       

Bildiyiniz kimi, Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir, idman infrastrukturu inkişaf edir. Bakıda və  bölgələrimizdə   müasir idman qurğuları istifadəyə verilib, eyni zamanda, bizim müasir 43 Olimpiya İdman kompleksi fəaliyyət göstərir və bu, özlüyündə idmana olan marağı artırır.  Gənc nəsil, uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər və idmanla məşğul olurlar. Bunun nəticəsidir ki, Azərbaycan millisi beynəlxalq idman tədbirlərində böyük uğurlar qazanırlar.  Xüsusilə, gənclərimizin vətənpərvər olması üçün bir sıra mühüm tədbirlər görülür.   Cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən  “Ölkəmizi tanıyaq” layihəsi  məktəblilərin gələcək inkişafında xüsusi  əhəmiyyətə malikdir. Tur-aksiya çərçivəsində şagirdlər ölkəmizin müxtəlif şəhər və rayonlarının zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edir, yeni dostlar qazanırlar.

- Dövlət Komitəsinin beynəlxalq əlaqələri hansı səviyyədədir? Bu barədə də məlumat verməyinizi xahiş edirik...   

- Xarici ölkələrlə və nüfuzlu beynəlxalq təşkilatlarla  əməkdaşlıq münasibətlərinin qurulması, qadın hüquqları və gender bərabərliyi sahəsində keçirilən beynəlxalq əhəmiyyətli konfranslarda iştirak, eyni zamanda bu cür  tədbirlərin Azərbaycanda  keçirilməsi öz nəticələrini verməkdədir. Azərbaycanın  ailə, gender siyasəti üzrə təcrübəsi  bir çox ölkələrin böyük marağına səbəb olmuşdur. Və bəzi dövlətlər ölkəmizin uğurları ilə yaxından tanış olmaq, təcrübə mübadiləsi aparmaq üçün bizə müraciət edirlər.  Bu il  Böyük Britaniyada Lordlar Palatasında ölkəmizdə  həyata keçirilən ailə, qadın və uşaq siyasəti  üzrə məruzə dinlənilmiş və respublikamızın təcrübəsi iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.  Eyni zamanda, Avropa Şurası tərəfindən qadınların irəli çəkilməsi və təmsilçiliyi ilə bağlı vacib araşdırmalar həyata keçirilmişdi. Bunlardan sonuncu “Qadınların və kişilərin qərarqəbuletmədə balanslı təmsiliçiliyi” adlı təhlil  olmuşdu.  Layihə çərçivəsində çap edilən kitabda qadınların ayrı-ayrı sahələrdə qadınların idarəçilikdə təmsilçiliyi üzrə 47 ölkənin statistik məlumatları əks olunur və müqayisə edilir. Azərbaycan Respublikası xüsusilə bu sahə üzrə vacib nailiyyətlərin əldə etdiyi qeyd edilir və gördüyünüz kimi, cədvəllərdə müsbət təcrübə əldə etdiyi dövlət kimi əks olunub. Sorğuya əsasən 2006-2015-ci illər üzrə Avropa Şurası dövlətləri arasında Azərbaycan Respublikası statistik müqayisələrə əsasən qadınların təmsilçiliyin artırılması ilə bağlı ən yaxşı nəticələr əldə etdiyi müəyyən edilmişdi. Bu əlbəttə ki, bir daha qeyd edirəm ki, dövlət qadın siyasətinin uğurlu nəticəsidir.

Hər bir cəmiyyətin inkişafı onun vətəndaşına göstərdiyi diqqətdən asılıdır. Müstəqil Azərbaycan Respublikasında hər bir vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün bütün imkanlar yaradılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin sözləri desək, “Bizim siyasətimizin mərkəzində  insan dayanır”. Bizim hər birimiz öz üzərimizə düşən vəzifəni yerinə yetirməklə Azərbaycan vətəndaşının hərtərəfli inkişafına nail olmalıyıq.