YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İslahatlar Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edir

   Milli Məclisin deputatı Eldəniz Səlimov

- Eldəniz müəllim, bildiyimiz kimi ölkəmizdə qanunvericilik sahəsində islahatlar həyata keçiriləcək. Bu barədə nə deyə bilərsiniz?

- Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Azərbaycanda bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilir. Hazırda Prezident Administrasiyası, Nazirlər Kabineti, idarəetmə orqanları, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik fəaliyyətində də islahatların dərinləşməsini, parlamentin yeniləşməsini zərurətə çevirib.

Bilirsiniz ki, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında Azərbaycanın parlamentində islahatların davam etdirilməsi ilə əlaqədar məsələ müzakirə edilmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların qanunverici hakimiyyət sferasından kənarda qalmamalı olduğu qənaəti ifadə edilmişdi. Dekabrın 2-də keçirilən Milli Məclisin iclasında isə Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələ müzakirə edilib. Müzakirələrdən sonra bu barədə qəbul edilib. Artıq Konstitusiya Məhkəməsi bu məsələnin Konstitusiyamıza uyğun olması barədə qərar qəbul edib.Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın sürətli inkişafını təmin edib, ölkə qarşısında yeni perspektivlər açılıb. Bütün sahələri əhatə edən kompleks islahatlar Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edir. Azərbaycan xalqı bütün bu tədbirləri görür və yüksək qiymətləndirir. Xalqımız Prezident İlham Əliyevin liderliyi ilə yürüdülən dövlət siyasətini müdafiə edir. Bu siyasətin alternativi yoxdur.

İslahatların daha da sürətləndirilməsi və bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Milli Məclisinin də fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, yenilənməsi bu baxımdan xüsusi önəm kəsb edir. Ona görə də parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi reallaşdırılan dərin islahatlar strategiyasına əlavə töhfə kimi qiymətləndirilə bilər.

- Bu gün Azərbaycan dinamik inkişaf edir. Ölkəmiz yeni inkişaf dövrünü yaşayır...

- Hazırda müstəqil Azərbaycan tamamilə yeni inkişaf dövrünü yaşayır. Qısa müstəqillik tarixində respublikamız ayaqda möhkəm duran, heç kimdən asılı olmayan güclü bir dövlətə çevrilib. Azərbaycan dövləti Prezident İlham Əliyevin müdrikliyi, siyasi iradəsi sayəsində xalqımızın milli maraqlarını yüksək səviyyədə təmin edən məqsədyönlü siyasət həyata keçirir, dünyada elə bir güc yoxdur ki, respublikamızla diktə ilə danışa bilsin. Azərbaycanın bugünkü reallığına diqqət çəkən Prezident İlham Əliyev BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə vurğulayıb: “Bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz”.

Bu gün Azərbaycanın siyasi mütəqilliyinin təməlində dayanan əsas amil qismində güclü iqtisadiyyat çıxış edir. Müstəqil Azərbaycanın bütün dünya üzrə ən dinamik iqtisadi inkişafa nail olması qürurverici haldır. Son 16 ildə Azərbaycanın zəngin potensialından bəhrələnməklə müstəqil respublikamızın dinamik iqtisadi inkişafını təmin etmək həmişə Prezident İlham Əliyevin fəaliyyətindən qırmızı xətt kimi keçib. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev dövlət siyasətində iqtisadi inkişafın prioritetliyini müəyyənləşdirərkən Özünün dəfələrlə bəyan etdiyi belə bir fundamental tezisə əsaslanır ki, ölkənin bütün sahələrdə uğurlar qazanması məhz güclü iqtisadiyyat amili ilə şərtlənir.

- Azərbaycanın gücünü göstərən amillərdən biri bugünlərdə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılışı oldu. Sizcə, bu hadisənin əhəmiyyəti nəən ibarətdir?

- Bəli, Azərbaycan tarixi günlərinin birinidə yaşadı. 2015-ci ildə əsası qoyulan TANAP Avropa sərhədinə çatdı. Bu layihə 7 ölkəni birləşdirir. TANAP enerji təhlükəsizliyi layihəsidir. Türkiyə ilə Azərbaycan arasındakı strateji əməkdaşlıq onu göstərir ki, bu iki ölkə gələcəyə inamla birgə addımlayacaqlar. Bu layihələrin həyata keçirilməsi ölkəmiz üçün böyük iqtisadi inkişafı daha da sürətləndirir. TANAP Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin ən önəmlilərindən biridir.

Biz bu gün Asiya ilə Avropanı TANAP vasitəsilə birləşdirdik. Dünyaya bir daha Türkiyə-Azərbaycan arasında köklü dostluğun mövcudluğunu sübut etdik. Tarixdə liderlərin rolu danılmazdır. Ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyevin sayəsində sürətli inkişafa nail oldu, iqtisadi gücünü artırdı, bu da siyasi gücümüzü, beynəlxalq nüfuzumuzu artırır. Eyni zamanda, qardaş ölkəyə Azərbaycan tərəfindən sərmayə qoyuluşu ildən-ilə artmaqda davam edir. Bu layihələrin həyata keçirilməsi nəticəsində ölkəmiz xeyli gəlir əldə etməklə ölkəmizin inkişafını davamlı edəcək, insanların rifah halının yaxşılaşmasına xidmət edəcək.