YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ötən illər ərzində möhtəşəm nailiyyətlərə imza atan partiyamızın parlament seçkilərində qələbə qazanacağı şübhəsizdir

   21 saylı Nəsimi birinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məlahət İbrahimqızı

-Məlahət xanım, ölkəmiz parlament seçkiləri ərəfəsindədir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə şansını necə dəyərləndirirsiniz?

-Ölkəmizdə keçirilən seçkilər hər zaman mühüm siyasi hadisə kimi cəmiyyətimizin diqqət mərkəzində olur və vətəndaşlarımız seçkilərdə fəal iştirak edirlər. İnanıram ki, 9 fevral parlament seçkiləri də bu qəbildən olacaq və vətəndaşlarımız bir daha seçki məntəqələrinə gedərək Azərbaycanın inkişafına, rifahına, sabitliyinə, bir sözlə, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinə səs verəcəklər. Çünki cənab İlham Əliyevin uğurlu fəaliyyəti birmənalı olaraq xalqımız tərəfindən dəstəklənir. Bu mənada, qarşıdan gələn parlament seçkilərində seçicilərin cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyi şübhəsizdir.

Bilirsiniz ki, ötən illər ərzində Azərbaycan olduqca mühüm nailiyyətlər əldə edib. İstər daxili, istərsə də xarici arenada strateji uğurlar qazanılıb. Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev dövlət başçısı kimi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirərək uğurla həyata keçirir. Bu illər ərzində ölkəmiz həm iqtisadi, həm siyasi, həm də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Möhtərəm Prezidentimizin  zəngin diplomatiyada və dövlət  idarəçiliyindəki zəngin təcrübəsi və biliyi, eləcə də  şəxsi nüfuzu və xarizmasının nəticəsidir ki, ölkəmizə beynəlxalq ictimaiyyet tərərəfindən çox böyük hörmət var. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır. Bunun nəticəsidir ki, dünyada ilk dəfədir ki, 25 il müstəqillik tarixi olan bir dövlətə  2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçildi. Həqiqətən də  gənc ölkə üçün müstəsna əhəmiyyətli uğur idi. Azərbaycan həm də kosmos ölkələri sırasındadır ki, bu uğura da hər bir dövlət nail ola bilməyib. Eyni zamanda, ölkəmiz nəhəng enerji layihələrinin müəllifidir.

Əlbəttə ki, bu uğurların sayını kifayət qədər artırmaq olar. Reallıq odur ki, Azərbaycan ötən illər ərzində misilsiz nailiyyətlər əldə edib. Bütün bunlar həm də Yeni Azərbaycan Partiyasının nailiyyətləridir. Ona görə də, belə möhtəşəm nailiyyətlərə imza atan partiyamızın qarşıdan gələn seçkilərdə şansı çox yüksəkdir.

- Bu günün rakursundan baxsaq, ötən 16 il ərzində Azərbaycanın uğurlarını necə qiymətləndirmək olar? Bu uğurların təməlində hansı amillər durur?

- İlk növbədə,  əldə olunan nailiyətlərin təməlində xalqın öz Prezidentinə, etibar etdiyi, etimad göstərdiyi hakimiyyətinə sevgisi, inamı dayanır. Bu gün Azərbaycanda yüksək vətəndaş həmrəyliyi formalaşıb və xalq-hakimiyyət vəhdəti mövcuddur. Möhtərəm Prezidentimiz hər dəfə görüşlərdə və müxtəlif tədbirlərdə  bütün uğurların təməlində xalqla iqtidarın birliyi olduğunu deyərək,  xalqa olan   sevgisini  ifadə edir.   Bu birlik isə bütün problemlərin həllində əsas rol oynayır. Azərbaycan Prezidenti istər daxili siyasətində, istərsə də xarici siyasət kursunda bir əsas xəttə-milli maraqlara, dövlətçilik mənafeyinə üstünlük verir ki, bu da dövlət olaraq əldə etdiyimiz nailiyytlərin əsas bazası sayılır.

Prezident İlham Əliyev hər zaman vurğulayır ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həyata keçirilən siyasi kurs, aparılan islahatlar, yeniliklər vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, onların həyat şəraitinin daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb. Ötən illərdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda ölkəyə gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji önəm daşıyan prioritet sahələrə, o cümlədən də neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib.

Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən iki dövlət proqramları uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə illəri əhatə edən sayca dördüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda dördüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.

Qeyd etdiyimiz kimi,  rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Eyni zamanda, son 16 ildə respublika üzrə təxminən 2 milyondan artıq yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm faktor qismində çıxış edir. Hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə  ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb. Son 16 ildə ÜDM 3  dəfədən çox  artıb. Bu olduqca yüksək göstəricidir və buna məhz Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində nail olunub.

Bundan başqa, ölkəmizdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə əsasən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə davamlı tədbirlər görülür. Bu baxımdan ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir.

Bəli, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir. Bu prosesdə  sözsüz ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Bilirsiniz ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə mühüm sosial layihələr həyata keçirilir. Səhiyyə, təhsil, humanitar və digər sahələrlə bağlı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır. Mehriban xanımın Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirənin qaçqın və məcburi köçkünlərə həsr olunması da bu baxımdan xalqımız tərəfindən yüksək qiymətləndirilir.

- Hazırda parlament seçkilərinin təbliğat-təşviqat mərhələsindəyik. Deputatlığa namizəd olaraq seçicilərlə görüşləriniz barədə nə deyə bilərsiniz?

- Artıq bir müddətdir ki, təbliğat-təşviqat işlərinə uğurla start verilib. Biz bu prosesi seçki qanunvericiliyinin tələblərinə, eləcə də YAP Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələrinə uyğun olaraq hazırlamışıq. Hazırda bu tədbirlər planına uyğun olaraq müvafiq tədbirlər, görüşlər keçirilir.

Əslində, seçicilər partiyamızın namizədləri ilə görüşlərə böyük həvəslə gəlirlər. Çünki  Prezident İlham Əliyevin rəhbərliyi ilə quruculuq işlərinin miqyası o qədər böyükdür ki, YAP-ın namizədləri olaraq seçicilər ilə görüşlərə əlidolu gedirik, yəni onlara deyəcək sözümüz çoxdur. Möhtərəm Prezidentimiz dəfələrlə bildirib ki, hər bir məmur xalqın xidmətçisi olmalıdır. Bu mənada hesab edirəm ki, millət vəkilləri də xalqın xidmətçiləri olmalıdır.

Qrafikə uyğun olara seçicilərlə görüşlərimiz davam edir. İnsanlar partiyamızın namizədlərini böyük hörmətlə qarşılayır, bizi həvəslə dinləyir və parlament seçkilərində fəal iştirak edəcəklərini bildirirlər. Qeyd etmək istəyirəm ki, seçki marafonunun əsas təbliğatçısı məhz 16 ildə qazanılan  möhtəşəm uğurlardır.

 Vətəndaşlarımız bu uğurları, bu inkişafı öz həyatlarında hiss edirlər və bu baxımdan da inanırıq ki, hər bir seçici bu inkişafın davamlı olmasını təmin etmək üçün 9 fevralda  seçki məntəqələrinə gedəcək və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.