YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası seçkilərə qələbə əzmi və geniş sosial baza ilə gedir

   68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Elman Nəsirov

- Elman müəllim, ölkəmizdə parlament seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsindəyik. Siz ölkəmizdə seçkiqabağı mühiti necə dəyərləndirirsiniz?

- Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq ölkəmizdə növbədənkənar parlament seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin qeydə alınması mərhələsi yanvarın 10-da başa çatmışdır. Bu prosesdə növbəti mərhələ-seçkiqabağı təbliğat-təşviqat kampaniyası aparılması yanvarın 17-dən fevralın 8-i saat 08:00-dək davam etdiriləcəkdir.

Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində ekspert qrupu, imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların,  siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün  işçi qrupu yaradılmışdır.

Parlament seçkilərində “exit poll” keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün  sənədlərini yanvarın 20-dən MSK-ya təqdim etmiş və onların qeydiyyata alınması yanvarın 30-da başa çatmışdır.

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət etmişdir. Deputatlığa namizədliyi qeydə alınan vətəndaşların sayı 1637 nəfər olsa da, indiyə qədər namizədliyini geri götürənlər də var.

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 429 beynəlxalq müşahidəçi, 58344 yerli müşahidəçi akkreditasiyadan keçmişdir.

Beləliklə, seçkiqabağı yaradılmış münbit mühit, həm namizədlərin, həm də beynəlxalq və yerli müşahidəçilərin sayının  kifayət qədər çoxluğu bir daha təsdiqləyir ki, seçkilərin azad rəqabət, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün müvafiq siyasi atmosfer tam formalaşmışdır.

- Parlament seçkilərinə az bir vaxt qalıb. Sizcə, Yeni Azərbaycan Partiyası seçkilərə hansı nailiyyətlərlə gedir?

- Hakim Yeni Azərbaycan Partiyası seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedir.  Bu da təsadüfi deyildir. Məlum həqiqətdir ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı ümumxalq partiyası olan YAP ölkəmizin aparıcı siyasi qüvvəsidir. Bu partiyanın rəhbəri, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, sistemli və ardıcıl siyasəti sayəsində Azərbaycan regional liderə çevrilmişdir. Dövlətimiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur. Ölkəmiz və onun əsas siyasi qüvvəsi olan YAP parlament seçkilərinə dərinləşən islahatlar kursu və onun ciddi nəticələri ilə gedir. Bu islahatların təşəbbüskarı və müəllifi möhtərəm Prezidentimiz İlham Əliyevdir. Bu islahatlar öz mahiyyəti etibarilə hərtərəfli olub, həm siyasi, həm iqtisadi, həm sosial, eyni zamanda struktur və kadr sahələrini əhatə edir. Son bir il ərzində minimum əmək haqqı 2 dəfə, minimum pensiya 70%, bəzi müavinətlər 50%, bir sıra müavinətlər isə 2 dəfə artmışdır. 2019-cu ildə həyata keçirilən iki sosial islahatlar paketi 4,2 milyon insanı əhatə etmişdir. Sosial infrastrukturla bağlı böyük işlər görülmüşdür. 60 tibb müəssisəsi, 84 məktəb tikilmiş və ya təmir edilmişdir.

Valyuta ehtiyatlarımız 51 milyard dollara çatmışdır. Müqayisə üçün işğalçı Ermənistanda anoloji göstərici cəmisi 2 milyard dollar təşkil edir. Ölkəmizin ÜDM-si 47,6 milyard dollara bərabərdir. Ermənistanda isə 13 milyard dollar. Ölkəmizin valyuta ehtiyatları xarici borcunu 6,4 dəfə üstəliyir. Ermənistanda isə əksinə xarici borc valyuta ehtiyatlarından 2,3 dəfə artıqdır.

Vergi və gömrük orqanlarında aparılan köklü islahatlar nəticəsində xəzinəyə bir milyard manat plandan əlavə vəsait daxil olmuşdur. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütün bu toplanmış əlavə vəsait sosial sahəyə yönələcəkdir. Xüsusi həsas kateqoriyadan olan insanlara dövlət qayğısı ən yüksək səviyyədədir. Ötən il ərzində 12 min şəhidin 18 min vərəsəsinin hər birinə 11 min manat birdəfəlik ödəniş həyata keçirilmişdir. Keçən il şəhid ailələri və müharibə əlilləri üçün üçün 934 mənzil, əlilliyi olan şəxslərə 600 avtomobil verilmişdir.

Bu da əlamətdar hadisədir ki, ötən il dekabrın 24-də Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq və bütün məmurlara bir örnək olaraq öz ad gününü Nizami rayonunda şəhid ailələri və müharibə əlilləri üçün tikilmiş 96 mənzillik binanın öz sahiblərinə verilməsi mərasimində keçirdi. Dövlət başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahının dayanması həqiqəti məlum addımları şərtləndirən həlledici amildir.

Yeridilən sosial mahiyyətli dövlət siyasəti sayəsində ölkəmizdə səfərbər olunmuş cəmiyyət və  vətəndaş həmrəyliyi mövcuddur. Azərbaycan dünyada sabitlik və təhlükəsizlik məkanı kimi tanınmışdır. Bunun əsasında xalq-hakimiyyət birliyi, xalqın öz Prezidentini birmənalı olaraq müdafiə etməsi, Prezidentin isə yalnız xalqın milli mənafeyidən irəli gələn müstəqil siyasəti həyata keçirməsi kursu dayanır.

Bir sözlə, ümumxalq partiyası olan YAP seçkilərə qələbə əzmi və geniş sosial baza ilə gedir.

- Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar keçirilir. Sizcə, qanunvericilik sahəsində də aparılan islahatlar ölkəmizin ümumi inkişafına nə kimi töhfələr verəcək?

- Cənab İlham Əliyev 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq yenidən prezident seçildikdən sonra Milli Məclisdə andiçmə mərasimində söylədiyi proqram xarakterli nitqində ölkəmizdə bu gün həyata keçirilən dərin və hərtərəfli islahatlar kursunun əsas istiqamətlərini elan etmişdir. Bu islahatlar genişmiqyaslı olub, həm hakimiyyətin icra, həm məhkəmə, həm də qanunvericilik sahələrini özündə ehtiva edir. Xüsusilə də qanunvericilik sahəsində islahatların həyata keçirilməsi zamanın tələbinə çevrilmişdir. Bu da səbəbsiz deyildir, çünki bütün digər sahələrdə uğurlu islahatların həyata keçirilməsi üçün onların qanunvericilik bazasının yaradılması və ya təkmilləşdirilməsi olduqca vacib məsələlərdir. Bütün bu reallıqları nəzərə almaqla hakim Yeni Azərbaycan Partiyası mühüm siyasi addım atmışdır. 2019-cu il noyabrın 28-də Yeni Azərbaycan Partiyası Şiyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunmuşdur. Bunun ardınca Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında YAP deputatlarının təşəbbüsü müzakirə olunmuş və qərar qəbul edilmişdir. Deputatlar parlamentin buraxılması və nöbvədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət etmişlər.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Republikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilən parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərmişdir.

Dekabrın 4-də Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul etmişdir.

Prezident İlham Əliyevin dekabrın 5-də “Azərbaycan Republikasının Milli Məclisinin 5-ci çağırışının buraxılması Azərbaycan Republikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Republikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin edilmişdir.

Bir sözlə, yeniləşən, müasirləşən Azərbaycana yeni və müasir parlament lazımdır. Elə bir parlament ki, Prezident İlham Əliyevin dərinləşən və genişmiqyaslı islhatlar kursuna adekvat fəaliyyət göstərsin, ölkəmizdə qanunun aliliyinin qorunması işinə hüquqi müstəvidə layiqli töhfə versin. Həm sosial, həm iqtisadi, həm siyasi, həm də struktur və kadr islahatlarının keyfiyyətcə yeni mərhələyə keçməsi üçün müvafiq qanunvericilik bazasını formalaşdırsın. Bu, artıq zamanın tələbidir.

- Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşürsünüz. Seçicilər Yeni Azərbaycan Partiyasının seçki proqramını necə qiymətləndirirlər?

- Bəli, yanvarın 17-dən başlayaraq növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinə start verilmişdir. Bu seçkilərdə namizədliyimYAP tərəfindən  68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə irəli sürülmüşdür. Hesab edirəm ki, bu hakim partiya rəhbərliyinin, xüsusən də dövlətimizin başçısı, YAP-ın Sədri,  cənab İlham Əliyevin mənə böyük etimadıdır və bunu doğrultmaq  mənim üçün ümdə vəzifədir. Elə bu məntiqlə də fəal seçki kampaniyası aparıram. 68 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan 34 seçki məntəqəsinin hər birində seçicilərimlə intensiv olaraq görüşür, Prezident İlham Əliyevin rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizin əldə etdiyi daxili və xarici siyasət uğurları haqqında geniş məlumat verirəm. Seçicilər möhtərəm Prezidentimizin müəllifi olduğu istənilən təşəbbüsü, xüsusən də həyata keçirdiyi dərinləşən islahatlar kursunu ruh yüksəkliyi ilə qarşıladıqlarını bildirirlər. Qeyd edirlər ki, cənab İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti sayəsində Azərbaycan bu gün dünya miqyasında böyük hörmət sahibidir. Ölkəmiz multikulturalizmin mühüm məkanlarından birinə çevrilmişdir. Bu diyarda müxtəlif millətlərin və konfessiyaların daşıyıcıları bir ailə kimi yaşayırlar. Bu, həm dövlət siyasətidir, həm də ictimai sifarişdir.

Seçicilər cənab İlham Əliyevin rəhbərliyi altında YAP-ın hazırladığı seçki platformasını müdafiə etdiklərini bildirirlər. Xüsusilə də, bu partiyanın rəhbərliyi altlnda sosial-iqtisadi, ictimai-siyasi, humanitar, təhsil, tibbi, infrastruktur, qeyri-neft sektorunun inkişafı, hərbi quruculuq və digər sahələrdə atılan və atılması planlaşdırılan addımları birmənalı şəkildə dəstəklədiklərini vurğulayırlar. Onlar qeyd edirlər ki, inanırıq ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin möhkəm siyasi iradəsi, prinsipiallığı, qətiyyəti, böyük diplomatik məharəti və xüsusilə də ümumxalq dəstəyinə malik olması sayəsində  ən ağır problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz ədalətli həllini tapacaqdır.