YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə qələbə qazandığı kimi, bu seçkidə də qələbə qazanaçağı şəksizdir

   37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Pərvin Kərimzadə

- Pərvin xanım, parlament seçkilərinə az bir vaxt qalıb. Sizcə, Yeni Azərbaycan Partiyası seçkilərə hansı nailiyyətlərlə gedir?

- Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi mübarizələrlə zəngin bir yol keçib. Partiya yarandıqdan 7 ay sonra iqtidar partiyasına çevrildi və ətrafına ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan, Azərbaycanın ümumi inkişafına böyük töhfələr verən mütəşəkkil bir qüvvə topladı. Bu gün 750 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasını xalqın partiyasına çevirən, qələbələr partiyası kimi tanıdan – tutduğu yola sadiqliyi, hər addımında dövlətin maraqlarını üstün tutmasıdır.

İqtidar partiyasının təbliğ etdiyi ideyalar, bəyan etdiyi prinsiplər xalq tərəfindən həmişə dəstəklənib. Ölkəmizin uğurlu inkişafı, tərəqqisi bir daha onu göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir. Ölkənin bütün regionlarında geniş abadlıq-quruculuq işləri aparılıb, yollar çəkilib, körpülər salınıb, beynəlxalq layihələr icra edilib, ən əsası əhalinin güzəranı durmadan yaxşılaşır.

Əldə edilən uğurlar, iqtisadi tərəqqi deməyə əsas verir ki, Azərbaycanı inkişaf etmiş bir ölkə kimi görmək istəyən Ulu Öndər Heydər Əliyevin arzuları bugün həyata keçib. Ölkə Prezidenti İlham Əliyevin gərgin əməyi nəticəsində sosial sahədə çoxlu qanunlar qəbul olunub, fərman və sərəncamlara imza atılıb, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu da cəmiyyətin bütün təbəqəsinin sosial vəziyyətinin, maddi rifah halının, güzəranının yaxşılaşmasına səbəb olub. Cənab Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan siyasət, islahatlar onu göstərir ki, Azərbaycanda bundan sonra da uzun müddətli, dayanıqlı inkişaf təmin olunacaq. Məhz bunun üçün partiyanın hər bir üzvü dövlətə və xalqa xidməti fəaliyyətinin əsasında saxlayan, Azərbaycanın davamlı uğurlarına böyük töhfələr verən, sözlə əməl birliyinin nəticəsi olaraq cəmiyyətdə nüfuzunu günbəgün artıran partiyada təmsil olunmağı ilə qürur duyur.

Hazırda partiyamız mühüm bir siyasi hadisələr ərəfəsindədir. 9 fevral parlament seçkilərinə sayılı günlər qalır. Hər bir seçki prosesinə böyük ruh yüksəkliyi ilə qatılan Yeni Azərbaycan Partiyası “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedir. Seçdiyi şüardan da partiyanın məqsəd və məramı aydın görünür. Əvvəlki seçkilərdə “Davamlı inkişaf, yüksək rifah”, “Yeni hədəflərə doğru” “Xalq üçün” şüarları da partiyanın fəaliyyətinin əsasında dövlətə, xalqa xidmətin dayandığını təsdiqləyib. İqtidar partiyası uğurları, qələbələri ilə cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırıb, xalqın partiyası olduğunu təsdiqləyib. Partiyanın bugünkü uğurları bir neçə gündən sonra növbədənkənar parlament seçkilərində də qələbə qazanacağına əsas verir.

- Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar keçirilir. Sizcə, qanunvericilik sahəsində də aparılan islahatlar ölkəmizin ümumi inkişafına nə kimi töhfələr verəcək?

- Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır. Son zamanlar Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər sosial, iqtisadi və digər sahələri əhatə edən islahatların davamlı xarakter daşıdığını göstərir. Bütün sahələrdə aparılan islahatlar demək olar kiartıq öz müsbət nəticələrini verməkdədir. Ölkədə geniş müzakirə mövzusuna çevrilən icra strukturlarında aparılan islahatlar, Nazirlər Kabinetinin, Prezident Administrasiyasının strukturunun yenidən formalaşdırılması, peşəkar insanların, idarəçilik sahəsində təcrübəli şəxslərin müxtəlif vəzifələrə təyin olunması ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirildi. İslahatlar qanunverici hakimiyyət sferasından da yan keçmədi.

Parlamentin də islahatlara cəlb edilməsi dövlət başçısı İlham Əliyevin genişmiqyaslı, məntiqi ardıcıllığa uyğun olaraq bir-birini tamamlayan islahatlarının davamı olmaqla yanaşı qanunvericilik sahəsinə yeni keyfiyyət dəyişiklikləri gətirəcək, siyasi islahatların dərinləşməsinə, ölkənin inkişafına yeni töhfələr verəcək, qanunvericilik sahəsinə yeni keyfiyyət dəyişiklikləri gətirəcək. Daha mükəmməl, səmərəli qanunlar ölkəmizin gündən-günə çiçəklənməsinə xidmət edəcək.

- Gəncə şəhərinin sosial-iqtisadi inkişafı haqda nə deyə bilərsiniz? Ötən 5 ilə yaxın müddət ərzində millət vəkili olaraq seçicilərin müraciətlərinə nə dərəcədə cavab verə bilmisiniz?

- Son illər ölkədə baş verən mühüm iqtisadi dəyişikliklər, dinamik sosial-iqtisadi inkişaf, əldə olunan uğurlar paytaxta, bütün bölgələrdə olduğu kimi Gəncə şəhərinin sakinlərinin də maddi-rifah halının yaxşılaşdırılmasına, problemlərin aradan qaldırılmasına öz müsbət təsirini göstərib. Şəhərin rəhbərliyi, icra strukturları Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla və vaxtında həyata keçirilməsi üçün çalışır, ölkədə, eyni zamanda Gəncədə davamlı iqtisadi inkişafa nail olmaq üçün əməli tədbirlər həyata keçirirlər. Genişmiqyaslı işləri çərçivəsində Gəncədə abadlıq və quruculuq işlərinin yeni mərhələyə qədəm qoyub. Şəhərin yolarına yeni asfalt örtüyü, su-kanalizasiya xətti çəkilir, binaların damları və fasad hissələri görkəmini dəyişir. Məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər şəhərin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edir. Bir sözlə, Prezident İlham Əliyevin qayğısından güc alıb simasını dəyişən Gəncə gündən-günə gözəlləşir, yeni uğurlara imza atır.

Qaldı ötən illər ərzində millət vəkili kimi fəaliyyətimə, hər zaman Yeni Azərbaycan Partiyasının, seçicilərimin mənə göstərdikləri etimadı layiqincə doğrultmağa çalışmışam. Onların yanında olmağı özümə hər zaman borc hesab etmişəm, seçicilərin məşğulluq, hüquqi, tibbi yardım, sosial yönümlü məsələlərlə bağlı müraciətlərini səlahiyyətim çərçivəsində həll etmişəm. Milli Məclisin Elm və təhsil komitəsininin üzvü kimi ölkəmizdə davamlı olaraq keçirilən təhsil islahatları milli təhsilin inkişaf etdirilməsinə və cəmiyyətin həyatında təhsilin rolunun daha da artmasına xidmət edən qanunlara edilən dəyişikliklərdə fəal iştirak etmişəm. Milli Məclisin parlamentlərarası dostluq qruplarının üzvü kimi təmsil etildiyim beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün mövcud imkanlardan istifadə etmişəm. Həmçinin, böyük qürur hissi ilə böyüyüb, boya-başa çatdığım şəhəri Milli Məçlisdə 4 ildən artıq müddətdə təmsil etmişəm.

- Pərvin  xanım, parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşürsünüz. Seçicilər Yeni Azərbaycan Partiyasının seçki proqramını necə qarşılayırlar?

- Yeni Azərbaycan Partiyası bütün seçkilərdə qələbə qazandığı kimi, bu seçkidə də “Daha güclü Azərbaycan naminə!” şüarı ilə qələbə qazanaçağı şəksizdir. Bu əminliyə Yeni Azərbaycan Partiyasının hər bir üzvünün seçicilərlə görüşləri  əsas verir. Partiyanın namizədləri seçki kampaniyasının hər bir mərhələsini mütəşəkilliklə, demokratik prinsiplərin, seçki qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməsi üçün xüsusi fəallıq nümayiş etdirirlər. Namizədliyim verildiyi 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsini əhatə edən ərazilərdə seçicilərlə keçirilən hər görüşdə onların ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə gedən geniş və çoxşaxəli islahatları bəyəndiklərinin, ölkə idarəçiliyində olan yenilikləri müsbət qarşıladıqlarının şahidi oluruq. Hər bir seçicinin dilindən qazanılan uğurların ölkə başçısının rəhbərliyi ilə gördüyü işlərin, həyata keçirdiyi siyasətin nəticəsində əldə olunduğunu və bu proseslərə dəstək olmaq istədiklərini eşidirik. Təbii ki, bu da bir vətəndaş kimi, bir partiya üzvü kimi məni çox sevindirir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı iqtisadi və sosial islahatlar həyata keçirilir, yeni infrastruktur layihələri icra olunur, əhalinin rifahının daha da yüksək səviyyədə təmin edilməsi, ictimai-siyasi sabitliyin davamlı və daha da möhkəm olması istiqamətində mühüm işlər görülür.

Seçkilərə geniş platforma ilə gedən Yeni Azərbaycan Partiyanın əsas məqsədi ölkənin uğurlardır. Partiyanın “10 addım paketi” adlandırılan seçki platformasında vətəndaşların hüquq və azadlıqlarının qorunması, ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, sosial rifahının,mənzil şəraitinin yaxşılaşması, səhiyyə, təhsil sahəsinin inkişafı, ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində fəaliyyət kimi məsələlər ölkənin prioritet inkişaf istiqamətləri kimi əsas götürülüb. Bunlar ölkənin hərtərəfli inkişafı görüləcək işlərin az bir hissəsidir. Şübhə yoxdur ki, müstəqil dövlətimizin inkişafı gələcəkdə daha da artacaq, aparılan uğurlu islahatlar nəticəsində ölkəmiz gündən-günə inkişaf edəcək, iqtisadiyyatımız daha da güclənəcək, əhalinin maddi-rifah halı daha da yaxşılaçaq. Ölkənin hər bir vətəndaşının daşıdığı statusdan, mövqedən asılı olmayaraq, dövlət başçının siyasətinə, doğma Vətənimizin çiçəklənməsinə var gücü dəstək verməsi isə xalq-iqtidar birliyinin təzahürü olduğunun hər an şahidi oluruq.