YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Özbəkistanda ərzaq proqramının həyata keçirilməsinin mühüm tərəfləri” mövzusunda beynəlxalq konfransda Azərbaycan alimləri də iştirak etmişlər

Daşkənddə “Özbəkistanda ərzaq proqramının həyata keçirilməsinin mühüm tərəfləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransda dünyanın 40 ölkəsindən 200-dən artıq nümayəndə, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla ümumilikdə 20 beynəlxalq qurumun təmsilçiləri iştirak etmişlər.

Konfransda ölkəmizi Azərbaycan Aqrar Universitetinin professoru Zaur Həsənov və kafedra müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Hüseyn İdrisov təmsil etmişlər.

Beynəlxalq tədbirdə çıxış edən Özbəkistan Prezidenti İslam Kərimov ərzaq məhsullarının istehsalı sahəsində bu ölkənin əldə etdiyi uğurlardan danışmışdır.

Dövlət başçısı demişdir ki, hər il Özbəkistanda 16 milyon ton meyvə-tərəvəz, 7,8 milyon ton taxıl məhsulları istehsal edilir. Müstəqillik illərində kənd təsərrüfatı məhsullarının istehsalı iki dəfə artmış, Özbəkistanın əhalisi ildə 10 milyon nəfər artmışdır.

Prezident demişdir: “Dünya Səhiyyə Təşkilatının məlumatına görə bu gün dünyada 840 milyon adam aclıqdan əziyyət çəkir, bu da planetin əhalisinin 30 faizi deməkdir. FAO-nun məlumatına görə isə “tarladan stola” sxemi üzrə hər il 1,3 milyard ton ərzaq məhsulu bu və digər səbəblərdən itkiyə gedir. Bu isə təxminən 1 trilyon dollar deməkdir”.

FAO-nun baş direktoru Joze Qratsiano da Silva demişdir ki, Özbəkistan 2000-ci ildə keçirilən Minilliyin Sammitində ərzaq məhsullarının istehsalı sahəsində dünya dövlətləri qarşısında qoyulan vəzifələrin öhdəsindən uğurla gəlmişdir.

Sonra konfrans beş bölmə üzrə davam etmişdir.

Konfransda ərzaq məhsullarının istehsalı sahəsində beynəlxalq təcrübə, dünya ərzaq bazarının artan tələbatını təmin etmək üçün yararlı və balanslaşdırılmış ərzaq məhsullarının hazırlanması, müasir texnologiyalardan istifadə, meyvə-tərəvəz məhsullarının və üzümün məhsuldarlığının artırılması, məhsulun saxlanması, nəqli, istehlakçıya çatdırılması və digər məsələlər müzakirə olunmuşdur.

Hüseyn İdrisov Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən layihələrdən danışmış, bu sahədə ölkəmizin təcrübəsi haqqında məlumat vermişdir.

Konfrans iştirakçıları Daşkənd və Səmərqənd vilayətlərindəki aqrar firmalar, fermer təsərrüfatları, emal müəssisələrində olmuş, təcrübə mübadiləsi aparmışlar.

Sonra mətbuat konfransı keçirilmişdir.