YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Bu gün YAP Gənclər Birliyi Azərbaycanın ən böyük, güclü gənclər təşkilatıdır

“Bu gün inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. İlk növbədə, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın sosial rifahına yönəlib. Bu mənada öz ətrafında yüz minlərlə vətəndaşımızı birləşdirən və artıq 23-cü ildönümünü qeyd etməyə hazırlaşan Yeni Azərbaycan Partiyası da bu istiqamətdəki fəaliyyətini ən müasir səviyyədə qurur”. » ””””” Bu fikirləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü  Seymur Orucov deyib.

S.Orucov bildirib ki, partiyanın ətrafında birləşən gənclərin ilk vəzifəsi Prezident İlham Əliyevin apardığı dövlət siyasətini gənclərimizə düzgün şəkildə təbliğ etmək, partiyanın tövsiyə və tapşırıqlarını həyata keçirməkdən ibarətdir. Onun sözlərinə görə, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyamızın 660 mindən artıq üzvü var. Bu isə özlüyündə həmin böyük qüvvənin gənclər qurumu olaraq bizim üzərimizə əlavə məsuliyyətlər qoyur.

«O mənada ki, YAP-ın ölkəmizin ictimai-siyasi həyatında roluna uyğun olaraq partiyanın Gənclər Birliyi də hər zaman fəallıq nümayiş etdirməli, qoyulan yolu davam etdirməlidir. Bu gün YAP GB Azərbaycanın ən böyük, güclü gənclər təşkilatıdır. Təbii ki, məhz bu amil bizim partiyanın gənclər qurumunu digər təşkilatlardan fərqləndirir. Son illər partiyamızın Gənclər Birliyi fəaliyyətində yeniliklər həyata keçirir, yeni layihələrlə çıxış edir, gənclərlə fəal iş aparır”. YAP GB eyni zamanda gənclərin ideyalarının reallaşdırılması baxımından da ideal bir məkana çevrilib. Əsas məqsədimiz isə gənclərimizə ölkəmizdə görülən işlərlə bağlı geniş məlumatlar vermək, Yeni Azərbaycan Partiyasının ideya və məqsədlərini onlarla paylaşmaqdır»- deyə, S.Orucov vurğulayıb.