YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İdarə Heyətinin üzvü: Azərbaycanın yeni tarixində YAP qədər böyük, güclü partiya olmayıb

«Yeni Azərbaycan Partiiyası Azərbaycanın ən güclü siyasi təşkilatı kimi ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 660 min nəfərdən çox üzvü olan partiyamız ötən 23 ildə şərəfli yol keçib». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, Azərbaycanın yeni tarixində YAP qədər böyük, güclü partiya olmayıb. Onun sözlərinə görə, YAP-ın 23 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar.

«Partiyamızın Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, paritiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək»- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.