YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TAP layihəsi çərçivəsində növbəti müqavilə imzalanıb

“Trans-Adriatik” (TAP) boru kəməri layihəsi çərçivəsində “Corinth Pipeworks S.A.” şirkəti ilə müqavilə imzalanıb.

Bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, müqaviləyə əsasən “Corinth Pipeworks S.A.” TAP-ın Yunanıstandan keçən quru hissəsini, təxminən 495 kilometr uzunluğunda 48 düyümlük borularla təchiz edəcək. Bu boru kəmərlərinin çəkisi təxminən 270 min ton təşkil edir.

TAP-ın icraçı direktoru Yan Bradşou deyib: “Yunanıstanda TAP üçün tələb olunan boruların əsas təchizatçısı kimi “Corinth Pipeworks S.A.” şirkətinin seçilməsi təhlükəsiz fəaliyyətə kömək edir. Bunun Yunanıstana daha uzunmüddətli əlavə investisiya və fayda gətirəcəyinə ümid edirik".

Uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).