YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran prezidentinin Türkiyəyə rəsmi səfəri başlayıb

Məlumata görə, Həsən Ruhanini Ankara şəhərindəki Əsənboğa beynəlxalq hava limanında Türkiyənin iqtisadi inkişaf naziri Cövdət Yılmaz və digər dövlət rəsmiləri qarşılayıb. Bundan sonra Çankaya köşkündə İran prezidentinin türkiyəli həmkarı tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib. İran prezidenti hökumət başına gəldikdən sonra qonşu ölkəyə gerçəkləşdirəcəyi ilk səfəri çərçivəsində türkiyəli həmkarı, qonşu ölkənin baş naziri və digər dövlət rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlərdə iki qonşu ölkə arasında siyasət, mədəniyyət və iqtisadiyyat sektorları başda olmaqla bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olacaq. Bundan əlavə, iki ölkə arasında 6 əməkdaşlıq razılaşmasının, gömrük, mədəniyyət, terrorizmlə mübarizə, təhlükəsizlik və siyasi əməkdaşlığa dair müqavilələrin imzalanması gözlənilir. Eyni zamanda İranla Türkiyə arasında illərdən bəri mövcud olan problemlər, xüsusilə təbii qazın qiyməti ilə bağlı yaranmış böhranla bağlı fikir mübadiləsinin aparılacağı gözlənilir. Bundan əlavə, H.Ruhani Türkiyədə yaşayan iranlılar, iş adamları, tələbələr və ziyalılarla da görüşəcək.