YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Fransa işgüzar görüşü keçirilir

İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə noyabrın 26-da Bakıda Azərbaycan-Fransa işgüzar görüşü keçirilir.

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Azərbaycan ilə Fransa arasındakı mövcud münasibətlərdən danışıb. Bildirilib ki, bu münasibətləri daha da genişləndirmək üçün mühüm amillər var. Hər iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələr mövcuddur. Azərbaycan Fransa ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır.

“Fransa şirkətləri ölkəmizdə geniş təmsil olunur və tədbirlərimizdə aktiv iştirak edir. Azərbaycanın 12 şəhəri ilə Fransanın 10 şəhəri və bir vilayəti qardaşlaşıb”, - deyə nazir müavini diqqətə çatdırıb.