YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pekində Azərbaycan-Çin Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib

Noyabrın 25-də Pekində Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.

Komissiyanın iclasına Azərbaycan tərəfdən Baş nazirin müavini Abid Şərifov və Çin tərəfdən kommersiya nazirinin müavini Con Şan sədrlik ediblər.

İclasda iki ölkə arasında ticari-iqtisadi sahədə əməkdaşlığa dair məsələlər, o cümlədən nəqliyyat, energetika, kənd təsərrüfatı və digər istiqamətlər üzrə əlaqələrin inkişafına dair mövzular müzakirə olunub.

Sonda iclasın protokolu imzalanıb.

Səfər çərçivəsində Azərbaycanın və Çinin müvafiq dövlət qurumları arasında ikitərəfli görüşlər keçirilib.