YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Gürcüstana səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 26-da Tbilisi şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin VI qeyri-rəsmi nazirlər toplantısında iştirak etmək üçün Gürcüstana səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarovun toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.