YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbdüləziz bin Osman əl-Tuveycri yenidən ISESCO-nun baş direktoru seçilib

Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası çərçivəsində ilk plenar iclas işə başlayıb.

Əvvəlcə təqdim edilmiş sənədlər, proqram layihəsi, Baş Konfransın bürosunun tərkibi təsdiq olunub.

Qərara əsasən sessiyaya ev sahibi kimi Azərbaycan sədrlik edir.

Sonra Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə iclas işə başlayıb. Nazir Azərbaycanın ISESCO-nun mühüm layihələrində iştirak etdiyinə görə qürur hissi keçirdiyini vurğulayıb.

Əbdüləziz bin Osman əl-Tuveycri yenidən ISESCO-nun baş direktoru seçilib.

Plenar iclasda ilk söz Əfqanıstan nümayəndəsinə verilib. O, son 14 il ərzində ölkəsində təhsil, siyasət, iqtisadiyyat və digər sahələrdə gözəçarpan nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Lakin hələ də təhsil sahəsində çətinliklərlə üzləşdiklərini diqqətə çatdırıb və dost ölkələrlə birgə mövcud problemlərin həll ediləcəyinə ümidvar olduğunu söyləyib.

Plenar iclas üzv dövlətlərin nümayəndələrinin çıxışları ilə davam edir.