YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbdüləziz Osman Әl-Tüveycri: Azərbaycanın işğal altındakı torpaqları geri qaytarılmalıdır

İSESCO öz prinsiplərinə sadiq olaraq qalır, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bütün üzv ölkələrin adından bildirirəm ki, biz Azərbaycanın tərəfindəyik və onun işğal altındakı torpaqları geri qaytarılmalıdır.

Bu fikirləri İSESCO-nun baş direktoru Әbdüləziz Osman Әl-Tüveycri jurnalistlərə müsahibəsində söyləyib.

Ermənistanın atdığı addımların beynəlxalq hüquqa zidd olduğunu vurğulayan Baş direktor deyib: “Bütün üzv ölkələrin adından deyirik ki, işğala dərhal son qoyulmalıdır və Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalıdır. BMT-nin dörd qətnaməsi qəbul olunub və bu qətnamələr yerinə yetirilməyib. Biz təşkilat olaraq dünya ictimaiyyətinin də diqqətinə çatdırmalıyıq ki, Ermənistanın bu addımları beynəlxalq normalara ziddir. BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal yerinə yetirilməlidir”.