YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tokioda “Yaponiya-Azərbaycan enerji dostluğu” adlı tədbir keçirilib

Tokioda Yaponiyanın “INPEX” şirkətinin təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Yaponiya-Azərbaycan enerji dostluğu” adlı tədbir keçirilib.

Ənənəvi olaraq hər il təşkil olunan tədbirdə şirkətin rəhbər heyəti və Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları ilə yanaşı, Yaponiya Nazirlər Kabinetinin, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin rəsmiləri, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədrliyini həyata keçirən “ITOCHU” şirkətinin rəhbərliyi, Vaseda Universitetinin, kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və “INPEX” şirkətinin prezidenti Toşiaki Kitamura arasında görüş keçirilib. Görüşdə səfir Azərbaycanın son illər iqtisadi inkişafı haqqında ətraflı məlumat verərək, bütün region üçün əhəmiyyət kəsb edən genişmiqyaslı layihələrdən bəhs edib. Ölkə rəhbərliyinin son illərdə sənayenin müxtəlif sahələrinə, qeyri-neft sektorunun inkişafına xüsusi diqqətini vurğulayan G.İsmayılzadə yapon şirkətlərinin bu istiqamətdə daha fəal iş aparmasının vacibliyini qeyd edib.

Sonra səfir G.İsmayılzadə tədbirdə “Azərbaycanın iqtisadiyyatına baxış” mövzusunda təqdimatla çıxış edib. Azərbaycanın son illərdəki iqtisadi artımı, qeyri–neft sektorunun təşviqi, irimiqyaslı layihələr və iki ölkə arasındakı münasibətlər haqqında ətraflı məlumat verib.

Tədbirdə iştirak edən Yaponiya Nazirlər Kabinetinin müşaviri Takeo Hirata Azərbaycan-Yaponiya münasibətlərinin son illərdəki inkişafından məmnunluğunu bildirərək ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan danışıb. İdman, təhsil, mədəniyyət və tolerantlıq sahəsində beynəlxalq səviyyədə əhəmiyyətli tədbirlərə ev sahibliyi edən Azərbaycanın “yumşaq gücə” (soft power) çevrildiyini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv