YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “TransCaspian-2014” və “Road and Traffic-2014” sərgiləri nümayiş etdiriləcəkdir

İyunun 12-də Bakı Ekspo Mərkəzində 13-cü Beynəlxalq nəqliyyat, tranzit və logistika (“TransCaspian-2014”), 4-cü Xəzər Beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat (“Road and Traffic-2014) sərgiləri açılacaqdır.

“TransCaspian-2014” sərgisində yüklərin Bakı, Aktau və Türkmənbaşı limanları arasında daşınması üçün ən sərfəli marşrutlar, həmçinin hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə sərfəli daşımalar haqqında məlumat əldə etmək mümkün olacaqdır. Şərqi iştirakçıları Avropanın anbar logistikası xidmətləri, Böyük İpək Yolu çərçivəsində kompleks daşıma xidmətləri göstərən təchizatçılarla tanış olmaq, dəmir yolu və kommersiya nəqliyyatı vasitələri, eləcə də liman kranları və yükləmə-boşaltma avadanlıqları istehsalçıları ilə görüşmək imkanı qazanacaqlar.

“Road and Traffic-2014” sərgisində isə ziyarətçilər yol örtüyü keyfiyyətinin ölçülməsi sahəsində ən son nailiyyətlərlə, asfalt, çınqıl və digər yol-tikinti materiallarının istehsalı, metro tikintisi və tunelqazma üzrə müasir texnologiyalarla, habelə nəqliyyat axınının idarə edilməsi və yol hərəkətinin təhlükəsizliyi sistemləri, yol sipərləri və nişanları, müasir işıqforlar və digər avadanlıqlarla tanış ola biləcəklər.

Hər iki sərgi iyunun 14-də yekunlaşacaqdır.