YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: Sahibkarlığın inkişafı ilə bağlı hökumət bundan sonra da öz dəstəyini göstərəcək

Sahibkarlığın inkişafı ilə bağlı hökumət bundan sonra da öz dəstəyini göstərəcək. Bu fikri Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.

Ş.Abdullayev bildirib ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1161 investisiya layihəsinin maliyyələşdirilməsinə 288,7 milyon manat güzəştli kredit ayrılıb. Onun sözlərinə görə, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, "yaşıl market", logistik mərkəzlər, metal konstruksiya, mebel, neft-kimya sənayesi avadanlıqları istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 9 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

 «Son illər güzəştli kreditlər hesabına 132 sənaye yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 409 milyon manatdan çox güzəştli kredit verilib. Maliyyələşdirilmiş müəssisələrdən 115-i istifadəyə verilib, 17-si üzrə işlər davam etdirilir. Bu müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq»- deyə, icraçı direktor vurğulayıb.