YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Rossiya 24 kanalında qeyri-obyektiv məlumat əsasında veriliş hazırlayanlar Azərbaycan və Rusiya əlaqələrinə xələl gətirirlər

Rossiya 24 dövlət televiziya kanalında 26 noyabr 2015-ci il tarixində efirə getmiş “Турецкий оскал: почему "Серые волки" убили российского пилота” adlı verilişdə düzgün olmayan və uydurma məlumat əsasında Azərbaycanın adı hallandırılıb, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, Ermənistanın azərbaycanlı hərbçilər və mülki şəxslərə qarşı kütləvi formada törətdiyi hərbi və insanlıq əleyhinə cinayət əməlləri təhrif edilib.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN sözçüsü qeyd edib ki, tamamilə yanlış və qeyri-obyektiv məlumat əsasında Azərbaycana adının hallandığı bu verilişi hazırlayanlar dost və qonşu ölkələr olan Azərbaycan və Rusiya arasındakı əlaqələrə xələl gətirmək kimi məqsəd güdürlər.

 

DİGƏR Xəbərlər Arxiv