YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-İspaniya və Azərbaycan-Çexiya biznes forumları keçiriləcək

Gələn həftə Bakıda Azərbaycan-İspaniya və Azərbaycan-Çexiya Biznes Forumları keçiriləcək. Azərbaycan-İspaniya biznes forumu İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Naziri Xose Manuel Qarsia-Marqayonun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində 24 apreldə baş tutacaq.

25 aprel tarixində isə Çexiyanın ticarət və sənaye nazirinin müavini Yirji Havliçekin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində Bakıda Azərbaycan-Çexiya Biznes Forumu olacaq.

Biznes forumlarda  iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər iştirak edəcək. Forumlar İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək.