YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün xeyli işlər görülüb

Azərbaycanda son 7 ildə qeyri-neft sektorunun ÜDM-də payı 9,4% olub. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

Ş.Mustafayev bildirib ki, bu ilin 9 ayı ərzində ÜDM-də qeyri-neft sektorunun payı 6,4 faiz  artıb. Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafı üçün xeyli işlər görülür, sahibkarlığa qanunsuz müdaxilə edənlər cəzalandırılır, proses bundan sonra da davam edəcək.

“Ölkədə istehsalın həcmi artdıqca daxili tələbat ödənilir. Xüsusilə kənd təsərrüfatı sahəsində bu inkişaf daha qabarıq nəzərə çarpır. Belə ki, qeyri-neft sektorunun inkişafının yarısını kənd təsərrüfatı məhsulları təşkil edir” - deyə, nazir vurğulayıb.