YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AZAL Azərbaycanın bütün hava limanlarında təhlükəsizliyin ən yüksək səviyyədə olmasına çalışır

AZAL Azərbaycanın bütün hava limanlarında təhlükəsizliyin ən yüksək səviyyədə olmasına çalışır.

Bunu  “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin vitse-prezidenti Arif Məmmədov deyib.

Arif Məmmədov xatırladıb ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Amerikanın Federal Aviasiya Administrasiyasi (FAA) 2012-2014-cü illərdə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin təhlükəsizliyi ilə bağlı bir neçə audut keçiriblər. Auditin nəticələri onları təəccübləndirib. Onlar Azərbaycanda təhlükəsizliyin bu qədər yüksək səviyyədə olduğunu gözləmirdilər.

Arif Məmmədov bildirib ki, AZAL Mülki Aviasiya Administrasiyası ilə birlikdə reydlər keçirir, Aviasiya Təhlükəsizlik İdarəsi stimullaşdırma həyata keçirir, öz işçilərini yoxlayır. “Avıaşirkət daima təhlükəsizliklə bağlı yenı avadanlıqlar alır, onları müasirləşdirir. Biz çalışırıq ki, Azərbaycanın bütün hava limanlarında təhlükəsizlik elə bir səviyyədə olsun ki, heç bir problemin olmayacağına əmin olaq”, - deyə AZAL-ın vitse-prezidenti bildirib.