YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vergilərin ödənilməsinin asanlığına görə Azərbaycan MDB–də liderdir

Dünya Bankı və “PwC” auditor şirkətinin birgə tərtib etdiyi “Paying Taxes 2016” (Vergilərin ödənilməsi 2016) reytinqinə görə, Azərbaycanın vergi sistemi ən mütərəqqi vergi sistemləri sırasındadır.

Vergilər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, beynəlxalq təşkilatların birgə məruzəsinə əsasən, ölkəmiz dünyanın 189 ölkəsinin iqtisadiyyatı arasında 34-cü yerdədir.

“Paying Taxes 2016” Dünya Bankı və “PwC” auditor şirkəti tərəfindən on ildir ki, hazırlanır.

Vergilərin ödənilməsinin asanlığına görə, Azərbaycan MDB məkanında birincidir, sonrakı yerlərdə isə Gürcüstan (40-cı yer), Rusiya (47-ci yer), Belarus (63-cü yer), Ukrayna (107-ci yer), Özbəkistan (115-ci yer) kimi ölkələr gəlir.

Hesabata əsasən, ölkəmiz reytinq siyahısında dünyanın inkişaf etmiş bir sıra aparıcı dövlətlərindən də öndədir. Siyahıda İsveç 37-ci, ABŞ 53-cü, İspaniya 60-cı, Türkiyə 61-ci, Yunanıstan 66-cı, Almaniya 72-ci, Fransa 87-ci, Belçika 90-cı, İsrail 103-cü, Yaponiya 121-ci, Çexiya 122-ci, İtaliya isə 137-ci sıradadır.