YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın kənd təsərrüfatı məhsullarını Belarusda emal etmək olar

Böhran şəraitində Azərbaycanla Belarus arasında əmtəə dövriyyəsinin sabit qalması sevindirici haldır. Biz qarşılıqlı ticarətə daha artıq diqqət yetirməliyik, o cümlədən başqa ölkələrdən idxal etdiyimiz malları Belarusdan Azərbaycana, Azərbaycandan Belarusa idxal etməliyik.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata birgə bəyanatında yer alıb.

Müştərək istehsalatlar yaradılmasının artıq yaxşı tarixi olduğunu qeyd edən dövlətimizin başçısı buna Gəncə zavodunu nümunə göstərib. Vurğulayıb ki, zavodda bir ildən də az vaxtda Belarus texnologiyaları üzrə istehsal qaydaya salınıb. Bu gün həmin zavod Azərbaycanda mühüm sənaye obyektidir.

Azərbaycan Prezidenti daha sonra deyib: “Biz Azərbaycanda Belarus texnologiyaları əsasında başqa istehsalatlar yaradılması məsələlərini, həmçinin Belarusda Azərbaycanın kənd təsərrüfatı məhsullarının emal edilməsi üzrə istehsalatlar yaradılmasını nəzərdən keçirməyə hazırıq”.

Prezident bəyanatında, həmçinin qeyd edib ki, Azərbaycanla Belarus arasında iqtisadi əlaqələrin möhkəmlənməsi, biznes strukturlarının fəal qarşılıqlı əlaqəsi üçün çox möhkəm siyasi baza var.

 

DİGƏR Xəbərlər Arxiv