YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Lukaşenko: Minsk ilə Bakı arasında həll edilə bilməyən məsələ yoxdur

Minsk ilə Bakı arasında həll edilməmiş və həll edilə bilməyən məsələlər yoxdur. Müzakirə üçün qapalı mövzular da yoxdur. Biz etibarlı strateji tərəfdaşlar olmuşuq və yenə də belədir.

Bu fikirləri Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında səsləndirib.

Belarus prezidenti daha sonra deyib: ”Bizim azərbaycanlı dostlarımız, Azərbaycandakı qardaşlarımız bilməlidirlər ki, biz Belarusda Azərbaycan üçün əlimizdən gələni edəcəyik. Bizim üçün çətin dövrlərdə sizin oynadığınız rolu, bizə etdiyiniz köməyi həmişə yadda saxlayacağıq. Biz qədirbilən xalqıq və bunu yaxşı xatırlayırıq. Lazım gələrsə biz də Azərbaycan xalqına eyni qaydada həmişə kömək edəcəyik”.

 

 

DİGƏR Xəbərlər Arxiv