YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlana Əliyeva: YAP Qadınlar Şurası öz fəaliyyətində daim Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə istinad edir

«Bu gün YAP-ın sıralarında 700 minə yaxın insan birləşib və bu böyük ordudur. Bu ordunun sıralarında qadınlar təxminən 50 faiz təşkil edir. Partiyamızda  qadn qolu ilə gənclər təşkilatının gücü çox mühüm rol oynayır. Bir tərəfdən, partiyanın Gənclər Birliyi, bir tərəfdən də Qadınlar Şurası YAP-ın məramını həyata keçirməkdə çox möhtəşəm qüvvədirlər». Bu fikirləri yap.org.az saytına YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva deyib.

N.Əliyeva bildirib ki, YAP Qadınlar Şurası öz fəaliyyətində daim Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə istinad edir. Onun sözlərinə görə, partiyamızın Qadınlar Şurası ölkəmizin uğurlarının, Prezident İlham Əliyevin siyasətinin təbliğini də əsas vəzifələrindən biri hesab edir və bu yöndə fəaliyyətini davam etdirir.

«Qadınlar Şurası ölkənin ən mühüm ictimai-siyasi həyatında yaxından iştirak edir, bölgələrdə marifləndirmə tədbirləri, xeyriyyə aksiyaları keçirir, qadın-ana şəfqətinə ehtiyac duyulan qurumlarda görüşlər təşkil edir, müxtəlif mahiyyətli tədbirlər hazırlayır»- deyə, N.Əliyeva vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv