YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviyanın rifah nazirinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edəcək

Dekabrın 3-də Latviya Respublikasının rifah naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.

Səfərdə məqsəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nümayəndə heyətləri səviyyəsində görüşün keçirilməsi, iki nazirlik arasında müvafiq fəaliyyət sahələri üzrə əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir. Aparılacaq müzakirələrin nəticələrinə uyğun olaraq iki nazirlik arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığa dair sənədin imzalanması da nəzərdə tutulur.

Nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bir sıra digər rəsmi görüşlər keçirəcəyi də planlaşdırılır.