YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir: Andorra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərini dəstəkləyir

Andorranın Baş naziri Antoni Marti Petit bu ölkənin sabiq hökumət başçısı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Oskar Ribas Reyq və Mərkəzin baş katibi Rövşən Muradov ilə görüşüb.

Görüş Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumuna hazırlıq məqsədilə keçirilib.

Komitənin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, hər il Bakıda təşkil edilən Qlobal Forum və 2014-cü ildə təşkilatın Andorrada keçirdiyi Ali səviyyəli toplantı haqqında Baş nazirə məlumat verilib. Oskar Ribas 2016-cı ilin martında keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak üçün Mərkəzin həmsədrləri adından dəvət məktubunu Andorra hökumətinin rəhbərinə çatdırıb.

Antoni Marti Petit Foruma dəvətə görə təşəkkürünü bildirib və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. Baş nazir bu miqyasda keçirilən toplantıların qlobal və regional problemlərin müzakirə edilməsində əhəmiyyətini vurğulayıb. O, Andorranın bu təşəbbüsləri dəstəklədiyini qeyd edib və təşkilatla əməkdaşlığın davam etdiriləcəyini bildirib.