YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilir

Dekabrın 4-də Bakıda Azərbaycan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilir. İclasda 1998-ci il oktyabrın 23-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişikliklərin edilməsinə dair Protokol imzalanıb.

İclasa Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri energetika naziri Natiq Əliyev və Qazaxıstan tərəfdən isə həmsədr, bu ölkənin energetika naziri Vladimir Şkolnik başçılıq edirlər.

Qeyd edək ki, Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə yaradılmış İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının indiyədək 11 iclası keçirilib. Komissiyanın fəaliyyət dövrü iki ölkə arasında ticari-iqtisadi, yanacaq-enerji, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət-turizm, ətraf mühit, rabitə və yüksək texnologiyalar, eləcə də digər sahələrdə əlaqələrin daha da genişləndirilərək dərinləşməsinə töhfə verib.

 

DİGƏR Xəbərlər Arxiv