YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatları AŞPA-nın büro və komitə iclaslarında iştirak edəcəklər

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-dan 8-dək Brüsseldə səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən  bildiriblər ki, iclasda Suriyada xarici döyüşçülər, Kosovoda vəziyyət və bu məsələdə Avropa Şurasının rolu, Ukrayna böhranının siyasi nəticələri barədə məruzələr dinləniləcək, beynəlxalq arenada mövcud vəziyyətlə bağlı açıq müzakirələr aparılacaq.

Səməd Seyidov AŞPA-nın monitorinq komitəsinin iclasında iştirak etmək üçün Parisdə, Parlament Assambleyası bürosunun və prezidentlər komitəsinin iclaslarında iştirak etmək üçün Londonda da səfərdə olacaq.

Monitorinq komitəsində Azərbaycan, Albaniya və Ermənistanla bağlı yeni məruzəçilərin təyin edilməsi, Azərbaycanda cari il noyabrın 1-də keçirilmiş parlament seçkiləri, dekabrın 6-da Ermənistanda keçiriləcək konstitusiya referendumuna dair fikir mübadiləsi aparılacaq. Həmçinin Gürcüstana faktaraşdırıcı missiyanın səfərinin yekunları və Moldovada cari siyasi vəziyyət nəzərdən keçiriləcək.

AŞPA bürosunun və prezidentlər komitəsinin iclaslarında isə 2016-cı ildə nəzərdə tutulan seçki missiyalarının siyahısı dəqiqləşdiriləcək. 2016-cı ildə keçirilməsi nəzərdə tutulan Parlament Sədrlərinin Avropa Konfransı, həmçinin AŞPA-nın Avropa Parlamenti və Avropa İttifaqının digər qurumları ilə əməkdaşlığı barədə fikir mübadiləsi aparılacaq.

Deputatlarımız tədbirlərdə çıxış edəcək, gündəlikdəki məsələlərlə bağlı Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.