YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi özündə günün tələblərini əks etdirir

"Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsinin gündəmə gəlməsi və müzakirəyə çıxarılması konkret bir hadisə ilə əlaqələndirilməməlidir. Bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova Milli Məclisin bu gün keçirilən iclasında deyib.

B.Muradova bildirib ki, Nardaranda baş verən hadisələr hər kəsi narahat edir. Onun sözlərinə görə, belə qanun layihəsinin müzakirəyə çıxarılması isə həmin hadisə ilə bağlı deyil.

 «Məsələyə daha geniş və qlobal baxmalıyıq. "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi özündə günün tələblərini əks etdirir. Bəzi dövlətlər Azərbaycanda insanları din pərdəsi altında və ya başqa yolla şirnikləşdirirlər və öz ideyalarını həyata keçirmək istəyirlər. Azərbaycan vətəndaşları öz dini inanclarını yerinə yetirərkən, fikirləşməlidirlər ki, Azərbaycan dünyəvi dövlətdir. Din mədəniyyətimizin bir hissəsidir. Dövlət vətəndaşlarının yanındadır və onları bundan sonra bu qanunla daha yaxşı qoruya biləcək. Çalışırıq ki, insanları dini ektremizmə yuvarlanmaqdan xilas edək»- deyə, vitse-spiker vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv