YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Dini ibadət yerlərinin siyasiləşdirilməsi faciəli nəticələrə gətirib çıxara bilər

“Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun dövlətimizin dünyəvi, vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşaması üçün əhəmiyyətlidir. Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, biz bəzi “dindarlar”ın, “dini qruplar”ın və başqalarının dövlətin işinə qarışdığını müşahidə edirik. Onun sözlərinə görə, belələri vətəndaşları bu və ya digər dini cərəyana itaət etməyə çağırırlar, dini ektrezim məhsullarını yayırlar.

«Dini ibadət yerlərinin siyasiləşdirilməsi faciəli nəticələrə gətirib çıxara bilər. Məscidlərin siyasiləşdirilməsinə qətiyyən yol vermək olmaz. Onlar dini ibadət yerləridir. Məscidlərdə aşura günləri orta əsrlər səviyyəsində keçirilməməlidir. Belə halların qarşısını alman üçün maarifləndirmə işləri də gücləndirilməlidir»- deyə, M.Qasımlı qeyd edib.