YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Güclü informasiya şəbəkəsi ölkəmizin həqiqətlərinin dünyada daha geniş yayılmasında mühüm rol oynayır

«Bu gün bizlər infomasiya əsrində yaşayırıq və dünyada informasiyanın rolu daha da artmaqdadır». Bu fikri Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, artıq ölkələrin güclənməsində informasiya amili də vacib rol oynayır. Onun sözlərinə görə, Azərbaycanda da nüfuzlu kütləvi informasiya vasitələri var.

«Əminəm ki, Azərbaycanın informasiya məkanı daha da güclənəcək. Bu amil ölkəmizin həqiqətlərinin dünyada daha geniş yayılmasında mühüm rol oynayır»- deyə, Ə.Amaşov qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv