YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət almış neftçiləri ziyarət edib

Dekabrın 7-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov "Günəşli" yatağında baş vermiş qəzada xəsarət alan və hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan neftçiləri ziyarət edib.

Əli Əhmədov xəstələrin vəziyyəti ilə maraqlanıb, həkimlər müalicə olunan şəxslərin səhhəti ilə bağlı məlumat veriblər. Baş nazirin müavini müalicə olunan neftçilərlə görüşüb söhbət edib, onlara şəfa arzulayıb.

Jurnalistlərə açıqlama verən Baş nazirin müavini Əli Əhmədov deyib ki, xəstələr həkimlərin ciddi nəzarətindədirlər. Onun sözlərinə görə, müalicə olunan neftçilərin əksəriyyətinin sağlamlıq durumunda ciddi problem yoxdur. "Onların bəziləri elə bu gün evlərinə buraxıla bilərlər. Amma həkimlər təkid edirlər ki, bu şəxslər bir neçə gün də həkim nəzarəti altında qalsınlar. Xüsusilə hadisə ilə əlaqədar onlarda psixoloji gərginlik yaranıb ki, bunu da aradan qaldırmaq lazımdır. Hazırda xəstəxanada müalicə olunan 13 nəfərin səhhətində ciddi problem müşahidə olunmur. Çox qısa zamanda onların əksəriyyəti evlərinə buraxılacaqlar", - deyə YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti baş verən hadisəyə dərindən təəssüflənir: "Biz belə bir hadisədən təəssüflənirik. Bu hadisə zamanı həlak olan və itkin düşən insanlar var. Onların tapılması istiqamətində zəruri addımlar atılır. Azərbaycan  Prezidenti hadisə ilə əlaqədar  matəm elan etdi ki, bu, çox düzgün addımdır. Bütün Azərbaycan xalqı baş verən bu hadisədən kədərlənir".