YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək

Dekabrın 10-da Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 68-ci iclası keçiriləcək.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, gündəliyə MDB ölkələrinin qarşılıqlı fəaliyyətini əks etdirən 20 məsələ daxildir. Məsələn, iclasda azad ticarət zonası haqqında protokolun, radioaktiv mənbələrin yerdəyişməsi məsələləri üzrə qarşılıqlı informasiya fəaliyyəti barədə sazişin, elektroenergetika sahəsində peşəkar təhsilə dair əməkdaşlıq haqqında sazişin layihələri müzakirə olunacaq.

İclas iştirakçıları dəmiryol nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən olunması konsepsiyası haqqında MDB Dövlət Başçıları Şurasının qərarının, habelə energetika sahəsində əməkdaşlıq konsepsiyasının reallaşdırılması üzrə birinci dərəcəli tədbirlər planının yerinə yetirilməsinin gedişatı barədə informasiya dinləyəcəklər. MDB ölkələrinin sərhəd əməkdaşlığı sahəsində tədbirlər planının və yerin təkinin kəşfiyyatı, istifadəsi və mühafizəsinə dair perspektiv planın icrasının yekunları da müzakirə mövzusuna çevriləcək.

Bundan əlavə, MDB ölkələrinin baza təşkilatlarının iqtisadi sahədə fəaliyyəti və Birlik ölkələrinin nəqliyyat kompleksinin inkişafının elmi-texniki təminatı sahəsində baza təşkilatı haqqında məsələlər nəzərdən keçiriləcək.

İclas iştirakçıları bir sıra büdcə-maliyyə və təşkilati məsələlərə də baxacaqlar.

 

DİGƏR Xəbərlər Arxiv