YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Rusiya arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub

Dekabrın 8-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. İllik əməkdaşlıq planına əsasən, Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında keçirilən işçi görüşlərinin, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin və təlimlərinin keçirilməsi qeyd olunub

Səfir V.Doroxin Rusiyanın Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi polkovnik İqor Lobastovu müdafiə naziri Zakir Həsənova təqdim edib.