YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pis hava şəraitinə baxmayaraq itkin düşmüş neftçilərin axtarışı davam etdiriləcək

Yağmurlu, soyuq hava şəraitinə baxmayaraq, itkin düşmüş neftçilərin axtarışı bu gün də davam etdiriləcək.

Bunu Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, yağışlı və soyuq hava şəraiti axtarış aparan helikopterin işinə mane olmur. Eyni zamanda, dalğıcların axtarışları davam etdirməsinə də hazırda maneə yoxdur.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.