YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş olub

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin  İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Brukla ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi sahəsində islahat tədbirlərinin geniş vüsət aldığını vurğulayıb: “Bu tədbirlərdə biz mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin müvafiq sahələr üzrə ixtisaslaşmış qurumları ilə əməkdaşlığa xüsusi önəm veririk. Ötən dövrdə həmin təşkilatlarla uğurlu əməkdaşlıq  təcrübəsi formalaşıb. BMT-nin və onun qurumlarının aidiyyəti iş sahələri ilə bağlı Konvensiyaları üzrə öhdəliklərin icrası sahəsində də məqsədyönlü işlər aparılıb”.

Nazir BMT İnkişaf Proqramı ilə görülən birgə işlərin əhəmiyyətini də diqqətə çatdırıb.

 Qeyd olunan sahələrdə görülən birgə işlərdə rezident əlaqələndiricisi kimi A.Brukun fəaliyyətini yüksək dəyərləndirən S.Müslümov ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

A.Bruk ölkəmizdə fəaliyyəti dövründə respublikamızda bütün sahələrdə, o cümlədən əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahat tədbirlərini maraqla izlədiyini və həmişə bu işlərdə öz dəstəyini vermək üçün səylər göstərdiyini vurğulayıb.

Görüşdə əməkdaşlıq müstəvisində görülən işlərə və onların nəticələrinə dair fikir mübadiləsi aparılıb.