YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP nümayəndə heyətinin Vyetnama səfəri hakim partiyalar arasında əməkdaşlığın inkişafına töhfə verəcək

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi YAP nümayəndə heyəti Vyetnama səfəri çərçivəsində bu ölkənin Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anh ilə görüşüb.

Görüşdə Le Honq Anh ötən ilin oktyabrında Azərbaycana səfəri ilə bağlı müsbət təəssüratlarını bölüşüb və səfərin yüksək səviyyədə keçdiyini qeyd edib. O, YAP nümayəndə heyətinin Vyetnama səfərinin hakim partiyalar arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə inandığını bildirib və qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Le Honq Anh nümayəndə heyətindən Vyetnam Kommunist Partiyasının baş katibi Nguyen Phu Trongun salamlarını Azərbaycan Respublikasının Prezidenti və Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə çatdırmağı xahiş edib.

Görüşdə Mübariz Qurbanlı ölkələrimiz arasında dostluq münasibətlərinin əsasının Vyetnam Prezidenti Ho Chi Minihin 1959-cu ildə Azərbaycana və xalqımızın ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu vurğulayıb. O, son illər ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. Qeyd olunub ki, hər ölkə prezidentlərinin 2014 və 2015-ci illərdə qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da inkişaf etməsinə təkan verib.

Söhbət zamanı hakim partiyaların qarşılıqlı əməkdaşlıq məsələləri ilə yanaşı, ölkələrimiz arasında turizm, investisiya, neft və qaz sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.