YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi tədbir keçirmişdir

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə YAP Nərimanov rayon təşkilatında Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsində gördüyü işlərdən və misilsiz xidmətlərindən söhbət açdılar və müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin adının xalqımızın yaddaşına əbədi həkk olunacağını, Azərbaycan xalqının hər zaman Ulu öndərin xatirəsini dərin hörmət və ehtiramla yad edəcəyini, Onun xatirəsini hər zaman uca tutacaqlarını bildirdilər. 

Tədbirdə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP Nərimanov Rayon Təşkilatının sədri  Təmraz Tağıyev, YAP Gənclər Birliyinin sədr müavini Əli Pənahov, YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Samirə Quliyeva, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf  Novruzov iştirak etmişlər.