YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tbilisidə keçirilən konfransda Azərbaycanda kibercinayətkarlığa qarşı mübarizədən danışılıb

Tbilisidə keçirilən “Kibercinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlıq” mövzusunda konfrans dekabrın 15-də işini davam etdirib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin prokuroru Rövşən Ağayev konfransda çıxış edib. O, Azərbaycanda kibercinayətkarlığa qarşı aparılan mübarizə metodları, bu sahədə beynəlxalq əməkdaşlıq, qazanılan təcrübə, yaradılan qanunvericilik bazası barədə məlumat verib. Bildirib ki, Azərbaycanın hüquq mühafizə orqanları kibercinayətkarlığa qarşı səmərəli mübarizə aparırlar. Bunun nəticəsində müəyyən irəliləyişlər əldə olunub. Azərbaycan hökuməti kibercinayətkarlığa qarşı mübarizə ilə bağlı 1993-cü ildə qəbul edilmiş Kiyev və 2002-ci ildə qəbul olunmuş Kişinyov konvensiyalarının müddəalarını da diqqətlə öyrənib və bu sənədlərin bəzi müddəaları milli qanunvericilikdə nəzərə alınıb.

Konfransda aparılan müzakirələr zamanı kibercinayətkarlığa qarşı mübarizə ilə əlaqədar qəbul olunmuş konvensiyaların bəzi müddəalarının müasir dövrün tələblərinə cavab vermədiyi vurğulanıb və həmin müddəaların yenidən işlənməsinin vacibliyi qeyd edilib.

Tədbirin sonunda milli qanunvericilik aktlarının beynəlxalq konvensiyalara uyğunlaşdırılması ilə bağlı tövsiyə xarakterli qərarlar qəbul olunub.

Konfransda Azərbaycan Respublikası Baş Prokurorluğunun, Ədliyyə Nazirliyinin və digər müvafiq qurumların əməkdaşları, Ukrayna, Moldova, Belarus, Gürcüstan və s. ölkələrin dövlət strukturlarının nümayəndələri, Avropa Şurasının ekspertləri iştirak ediblər.

 

DİGƏR Xəbərlər Arxiv