YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan uşaqlarının vahid məlumat bankı yaradılır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkə uşaqlarının məlumat bankı üçün sayt yaradır. “childbank.gov.az” ünvanında fəaliyyət göstərəcək sayt artıq rəsmi qeydiyyatdan keçirilib.

Komitədən verilən məlumata görə, Azərbaycan uşaqlarının məlumat bankına ölkədə mövcud olan və yeni dünyaya gələn 18 yaşadək bütün uşaqlar haqda fərdi məlumatlar toplanacaq, onların sağlamlığı, təhsili, asudə vaxtı və s. haqda məlumatlar daxil ediləcək. Artıq saytın proqram hissəsi hazırdır və gələn ildən testləşdirmə işlərinə başlanılacaq. Sayt 2017-ci ildə tam istifadəyə veriləcək.

Qeyd edək ki, Azərbaycan uşaqlarının fərdi məlumat bankı Nazirlər Kabinetinin müvafiq qərarı əsasında yaradılır.