YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB Daimi Səlahiyyətli Nümayəndələr Şurasının illik fəaliyyətinə yekun vurulub

Dekabrın 15-də Minskdə, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin nizamnamə və digər orqanlar yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının bu il sonuncu iclası olub. Bu barədə qurumun Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat veriblər.

İclasda MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edib.

2015-ci ildə Daimi Səlahiyyətli Nümayəndələr Şurasının 13 iclası keçirilib. İclaslarda Birliyin ali orqanlarının gündəliklərinin layihələrinin hazırlanmasına, sahə əməkdaşlığı orqanlarının fəaliyyətinə, qurum çərçivəsində qəbul edilən sənədlərin icrasına dair 30-dan çox məsələ nəzərdən keçirilib. İclaslarda Birliyin iştirakçısı olan dövlətlərdə keçirilən prezident və parlament seçkilərində MDB-dən olan müşahidəçilər missiyalarının başçılarının təyin edilməsi məsələləri də müzakirə edilib.

Baxılması üçün Şuraya təqdim edilən bütün məsələlərin hazırlanmasında MDB İcraiyyə Komitəsinin departamentləri iştirak ediblər. İclasların yekunları və qəbul edilən qərarlar haqqında informasiya müntəzəm şəkildə MDB İcraiyyə Komitəsinin saytında və Birliyin İnternet portalında yerləşdirilib.

Başa çatan ildə fəaliyyətlərinə yekun vuran daimi səlahiyyətli nümayəndələr Şuranın 2016-cı il üçün fəaliyyət planını nəzərdən keçiriblər. Onlar daha səmərəli fəaliyyət göstərməyin vacib olduğunu vurğulayıblar.

Yeni ildə MDB-də sədrlik estafeti Qazaxıstandan Qırğızıstana keçəcək. Bununla əlaqədar, Qazaxıstanın nümayəndəsi Yerqali Bulegenov 2015-ci ildə ölkəsinin Birliyə sədrliyinə yekun vurub.

Bundan əlavə, Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvlərinə MDB Xarici İşlər Nazirləri Şurasının 2016-cı il aprelin 8-də Moskvada keçiriləcək növbəti iclası üçün gündəliyin layihəsinə təkliflər təqdim edilib. Gündəliyin layihəsini gələn ilin fevralı üçün hazırlamaq qərara alınıb.

Səlahiyyətli nümayəndələr növbəti görüşü 2016-cı il yanvarın 19-a nəzərdə tutublar.