YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə UNESCO-nun Hökumətlərarası Komitəsinin 9-cu sessiyası işə başlayıb

Parisdə UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təbliği üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyası keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, sessiyada Komitənin 8-ci sessiyasının qısa hesabatının qəbulu, 2016 və 2017-ci illər üçün iş planının hazırlanması, mədəni müxtəliflik üzrə Beynəlxalq Fondun implementasiya və Fandreyzinq strategiyası və yeni layihələrin təsdiqi, operativ normativlər layihəsinin hazırlanmasi, Konvensiyanin həyata keçirilməsində vətəndaş cəmiyyətinin iştirakının qiymətləndirilməsi, komitənin növbəti sessiyasının keçiriləcəyi yer və tarixin müəyyənləşdirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

Dekabrın 16-dək davam edəcək sessiyada nazirliyin əməkdaşı Günay Əliyeva iştirak edir.