YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Görülən işlər öz bəhrəsini verir və Azərbaycan gəncliyi mühüm uğurlar qazanır

«Bu gün Azərbaycan gəncliyi öz dilini, tarixini yaxşı bilməli, müasir dövrün çağırışlarına vaxtında reaksiya verməlidir». Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, bu gün Azərbaycan gənclərinin yüksək təhsilli olması üçün hər cür şərait yaradılıb.

«Görülən işlər öz bəhrəsini verir və Azərbaycan gəncliyi mühüm uğurlar qazanır. Gənclər geniş dünyagörüşünə malik olmalı, Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. Onlar bu yolda qətiyyətlə davam etməlidirlər»- deyə, nazir müavini vurğulayıb.