YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vatikan Tereza ananı müqəddəsləşdirmək qərarına gəlib

Roma Papası Fransisk Tereza ananı müqəddəslər sırasına daxil etmək qərarına gəlib. Mərasimin 2016-cı il sentyabrın 4-də keçirilməsi gözlənilir.

Verilən xəbərə görə, müqəddəsləşdirmə qərarı onun adı ilə bağlı ikinci möcüzənin qəbul olunması əsasında çıxarılıb. Belə ki, Vatikan beyin xərçəngindən əziyyət çəkən Braziliya sakininin Tereza ananın ilahi müdaxiləsi nəticəsində şəfa tapdığını qəbul edib.

Alban əsilli Tereza ana 1910-cu ildə Makedoniyanın paytaxtı Skopyedə anadan olub və gəncliyini bu şəhərdə keçirib. O, 18 yaşında ikən rahibə olmaq qərarına gələrək İrska monastırına köçüb, sonra isə Kəlküttədə müəllim işləyib. 1946-cı ildə “Sevgi missionerləri” adlı rahibə icması quraraq özünü xəstə və kimsəsiz inşalara həsr edən Tereza ana 1979-cu ildə Nobel mükafatına layiq görülüb.